Vilayət Eyvazov bu məzunlara diplomlar verdi VİDEO
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Daxili Qoşunlar qarşıya qoyulan istənilən xidməti-döyüş tapşırığını uğurla və layiqincə yerinə yetirməyə qadir.
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Hərbi İnstitutunda 2025-2026-cı tədris ilinin buraxılış mərasimində çıxışı zamanı deyib.
Nazir DİN-in əsas struktur qurumlarından olan Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsinin, müasir silah və texnika ilə təminatının, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən hər zaman nəzarətdə saxlanıldığını xüsusi qeyd edib.
Vilayət Eyvazov Daxili Qoşunların peşəkar kadr özəyinin formalaşmasında, şəxsi heyətin döyüş hazırlığında əldə etdiyi yüksək nəticələrə görə Türkiyə Silahlı Qüvvələrinin, o cümlədən Jandarm Baş Komandanlığının rolunu xüsusi vurğulayıb.
Nazir həmçinin Hərbi İnstitutu fərqlənmə və “baş leytenant” rütbəsi ilə bitirmiş məzunlara diplomları təqdim edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 20 İyun 2026 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















