Icma.az
close
up
RU
Vilayət Eyvazov müstəntiqi CƏZALANDIRDI Bacı qardaşın ölüm səbəbini ört basdır edirmiş

Vilayət Eyvazov müstəntiqi CƏZALANDIRDI Bacı qardaşın ölüm səbəbini ört basdır edirmiş

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Ötən ilin iyul ayında avtomobil qəzası nəticəsində iki övladını itirən Sabirabad rayonu Nərimankənd kəndinin sakini Usubova Məlahət Yəhya qızı və həyat yoldaşı Usubov Qismət “ölkə.az”-ın redaksiyasına müraciət edib.

BAKU.WS xəbər verir ki, Məlahət Usubova belə açıqlama verib:

“2019-cu ilin iyul ayının 13-də axşamüstü saat dörd radələrində baldızının nəvəsi Məmmədov Nicat İlkin oğlunun idarə etdiyi BMW markalı avtomobillə övladları nişan mərasiminə getmək üçün Nərmimankənddəki evlərindən yola düşdülər.

Böyük oğlum Usubov Vüqar Qismət oğlu ön oturacaqda, qızım Usubova Nuridə Qismət qızı sürücünün arxasındakı oturacaqda, kiçik övladım Usubov Əmrağa Qismət oğlu isə arxa oturacaqda bacısının yanında əyləşmişdi.

Təxminən iki saat sonra xəbər tutdum ki, qəza olub. Avtomobil əvvəlcə işıq dirəyinə, sonra isə daş hasara dəyib. Əvvəlcə yoldaşım Usubov Qismətə məlumat verilib.

Usubov Qismətin sözlərinə görə, ona övladlarının hadisə yerində keçindiyini deməyiblər:

“Dedilər ki, qəza olub, xəstəxanaya gəl. Mən də öncə hadisə yerinə gəldim, maşını gördüm və soruşdum ki, salamatlıqdı?

Dedilər, bəli, get xəstəxanaya. Xəstəxanada bildim ki, böyük oğlum və qızım qəzada ölüb. Balaca oğlum isə ağır vəziyyətdə idi.

Məmmədov Nicatın dediyinə görə, Çənlibel yolu adlanan ərazidə Vüqarla yerlərini dəyişiblər. Deyir ki, guya o keçib arxa oturacağa, Vüqar sükan arxasına, qızım Nuridə isə ön sərnişin oturacağına keçib”.

Məlahət Usubova bildirir ki, hadisə yerinə baxış keçirilən zaman Sabirabad RPŞ-nin istintaq bölməsinin müstəntiqi, polis başleytenantı Bağırzadə İlkin Eldar oğlu yanlış qərarlar çıxarıb, heç bir şahid dindirilməyib, işə məsuliyyətsiz yanaşılıb:

“İlkin Bağırzadə nə sağ qalan övladımdan, nə də sürücü Məmmədov Nicatdan heç nə soruşmadan qərar çıxarıb.

Hadisə baş verən ərazidəki şahidlərin dediyinə görə, avtomobildən birinci qızımı çıxardıblar. Avtomobildən çıxarılan zaman qızım dünyasını dəyişibmiş.

Şahidlər deyirlər ki, biz avtomobildən üç nəfəri – yəni sizin övladlarınızı çıxartmışıq, dördüncü adamı orda görməmişik. Sürücü qəza baş verən kimi maşından çıxıb qışqırırmış, özünün heç bir xəsarəti yox idi.

Dəfələrlə müstəntiq İlkin Bağırzadənin qəbuluna getdim. Hər dəfə mənə kobud cavablar verir, demək olar ki, kabinetindən qovurdu.

Deyirdi ki, sənin oğlun hərbçi olduğu üçün bu işə Hərbi Prokurorluq baxmalıdır. Mən onu başa sala bilmədim ki, oğlum bu qəzaya iş zamanı, xidmət başında yox, məzuniyyət zamanı düşüb.

Sonra Sabirabad rayon prokurorunun qəbulunda oldum. Bildirildi ki, hərbi prokuror Xanlar Vəliyevin qəbuluna getməliyəm.

Qismət Usubovun dediyinə görə, başları övladlarının yas mərasiminə qarışdığı üçün Nicat Məmmədovun ailəsi qanunsuz yollarla övladlarını məsuliyyətdən azad etmək istəyiblər:

“Bizim başımız yasa qarışdığı üçün bunlar İlkin Bağırzadəylə işi elə düzüb qoşmuşdular ki, guya qəza baş verən zaman sükan arxasında böyük oğlum olub.

Kiçik oğlum Əmrağa on gün sonra komadan ayıldı və dedi ki, maşını Nicat sürürdü.

Qırx mərasimindən sonra onlara zəng vurdum ki, gəl, bir kəlmə üzrxahlıq elə, qəzadır da olub, hər kəsin başına gələ bilər.

Dedilər ki, maşını Nicat sürməyib, əgər inanmırsansa, get, araşdır. Həyat yoldaşım dəfələrlə İlkin Bağırzadənin yanına getdi, qapıdan qovuldu.

Sonra Sabirabad Rayon Prokurorluğundan bizi Hərbi Prokurorluğa yönləndirdilər.

Daxili İşlər naziri Vilayət Eyvazova məktub yazandan sonra bu işin üstü açıldı, cinayətkar da tutuldu, İlkin Bağırzadəyə isə töhmət verildi”.

Məlahət Usubova bildirir ki, kiçik oğlu Əmrağayla Nicatın üzləşməsi zamanı zərərçəkən ona yalan danışdığını bildirib:

“Qırx mərasimindən sonra dedim ki, kiçik oğlum Əmrağa Nicatla danışmaq istəyir. Nicat bizə gəldi, dedi ki, gözüm qaraldığı üçün sükan arxasında Vüqar keçdi, bacısı da ön sərnişin oturacağında oturdu.

Əmrağa Nicata dedi ki, axı mən səni arxa oturacaqda görmədim. Dəfələrlə Nicatın anasıyla – baldızımın qızıyla mübahisələrimiz oldu.

Dedi ki, gedin əlinizdən nə gəlirsə, edin. Bildirdi ki, oğlumun heç bir günahı yoxdur. Hətta dedi ki, günahı varsa, oğlumu niyə tutmurlar?

Uşaqlarımın yas məclisində də baldızımın qızı, demək olar ki, iştirak etmədi. Yalnız mən çağırandan sonra qırx mərasimində gəlmişdi.

Biz daxili işlər naziri Vilayət Eyvazova müraciət edəndən sonra məsələyə yenidən baxıldı və hazırda Məmmədov Nicat saxlanılıb.

Hazırda istintaq bitib. Nicat saxlanılandan sonra qarşı tərəfdən iki-üç dəfə xahiş ediblər ki, bəlkə, bağışlayasız. Biz bağışlayardıq, amma indi yox.

Əgər Nicat təqsirkar deyilsə, bizə niyə xahiş-minnətə gəlirlər? Nicat oktyabrın 10-da saxlanılıb. Dəfələrlə Nicatı istintaqa çağırmışdılar.

Müstəntiq İlkin Bağırzadə bizə deyirdi ki, onun hüquqları var, istədiyi formada izahat yaza bilər. Bizə ən pis təsir edən məsələlərdən biri də budur ki, həmin gün efirlərdə bu hadisə İlkin Bağırzadənin istədiyi kimi təqdim edildi.

Deyildi ki, guya sükan arxasında Vüqar olub. Amma halbuki cənab nazirin məsələyə müdaxiləsindən sonra məlum oldu ki, sükan arxasında Vüqar yox, Nicat olub.

Mən hətta Daxili İşlər Nazirliyinin əməkdaşlarına da demişdim ki, şikayətçi deyiləm. Hətta onlardan xahiş etdim ki, əgər Nicatı günahsız yerə tutmusunuzsa, etməyin.

Dedilər ki, günahsız olsaydı, tutmazdıq. Amma onlar gəlib bir kəlmə deməliydilər ki, uşağımız səhv edib, keçin günahından.

Axı, mən anayam, iki ali təhsilli, vətən üçün xeyir verə biləcək övladlarımı itirmişəm, bir övladım isə şikəstdir. Kiçik oğlum Əmrağa səkkiz dəfə əməliyyat edilib, amma növbəti əməliyyatı üçün əlli min manat civarında vəsait lazımdır”.

Məlahət Usubova bildirir ki, Nicat Məmmədovun babası Əlimusa Xəlilov müxtəlif yollarla istintaqa təsir göstərməyə çalışır:

“Mənim oğlum doqquzuncu sinifdən hərbidədir. Əvvəlcə Naçıvanski adına hərbi liseyi, ardınca hərbi akademiyanı bitirdi, qızım isə müəlliməydi.

Yəni, hər ikisi vətən üçün, millət üçün faydalı övladlar idi. Belə bir övladların ölümünə göz yummaq, bu işi ört-basdır etmək insanlığa yaraşmır.

Nicatın babası Əlimusa Xəlilovun da hansısa yollarla bu işi bağlamaq istədiyindən xəbərdarıq. İstərdim ki, özlərini bir anlıq mənim yerimə qoysunlar.

Sən övladını, nəvəni bir neçə illik itirəcəksən, amma mənim iki övladım əlimdən getdi. Oğlum iki ildir Tovuzda işləyirdi, hərbçi idi.

Təsəvvür edin, İlkin Bağırzadə Əlimusa Xəlilovun sayəsində bu işə necə müdaxilə edibsə, uşağımın hansı gözünün xəsarət aldığını da səhv yazıb.

Sənəddə qeyd edilir ki, Əmrağanın sağ gözü xəsarət alıb. Amma halbuki xəsarət alan sol gözüdür. Uşağı görmədən götürüb rəy yazmışdı.

İlkin Bağırzadə sübut eləməyə çalışırdı ki, Sabirabadda qanunlar pulla satılır. Yaxşı ki, cənab nazir bizim müraciətimizə vaxtında reaksiya verdi. Yenə də az da olsa, bununla təsəlli tapırıq”.

M.Usubova övladlarını son dəfə gördüyünü belə xatırlayır:

“Həmin maşın Vüqarın dostunun idi. Dedim ki, Nicat, maşın əmanətdir, aşağı düş, Vüqar özü sürsün. Hətta bir neçə dəfə israr etdim.

Dedi ki, şəhərdə atamın maşınını dəfələrlə sürmüşəm. Nə qədər israr etsəm də, xeyri olmadı. Hətta Vüqar da dedi ki, Nicat, düş, özüm sürüm.

Evimizdə qonaqlar var idi, onlar da şahiddir ki, hamımız israr etdik. Balaca oğlumun dediyinə görə, hadisə baş verən vaxt Nicat maşını yüksək sürətlə sürürmüş.

Vüqar deyib ki, yavaş sür, qarşıda döngə var. Nicat deyib ki, narahat olma, dönəcəyəm. Qəfil döngədə Nicat əyləci basıb, qızımın əlindən telefon düşüb yerə, maşın əvvəlcə səkiyə, sonra işıq dirəyinə, ordan isə daş hasara çırpılıb”.

Ailənin dediyinə görə, qarşı tərəf kənd sakinləri arasında şaiyə yayaraq, hadisə zamanı avtomobili Nuridə Usubovanın idarə etdiyini bildiriblər:

“Əvvəlcə Vüqarın üstünə atdılar, sonra isə Nuridənin. Əmrağa xəstəxanada olanda da baldızıma demişdim ki, təqsir sənin nəvəndədir.

Amma yenə də etiraf etmədi. Biz onsuz da iki övladımızı itirəndən sonra, diri-diri məzara qoyulmuşuq (ağlayır). Amma səhvlərinə görə üzr istəməyi özlərinə sığışdırmadılar.

Uşağın atasından soruşurdum ki, polis oğlunu dindirib? Deyirdi ki, oğlumun nə günahı var ki, dindirilə?! İşi bu həddə çatdıran uşağın atası İlkin Məmmədov, müstənti İlkin Bağırzadə və Əlimusa Xəlilov oldu. Pərdənin arxasında olanlar da var.

Bu işin üstünün açılmasında verdiyi operativ reaksiyaya görə cənab nazir Vilayət Eyvazova ailəmiz adından təşəkkürümüzü bildiririk. Ümid edirik ki, məsələyə tam qanun çərçivəsində baxılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://baku.ws
archiveBu xəbər 28 Aprel 2025 02:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsaril Səudiyyə Ərəbistanının və İordaniyanın razılığını alıb Siyasi şərhçi

10 Sentyabr 2025 17:57see253

İsrailin növbəti hədəfi Türkiyədir? III Dünya müharibəsinin əlamətləri görünür

10 Sentyabr 2025 17:33see216

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see146

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see136

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see127

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see126

“Rus ordusu Dobropolye yaxınlığında mühasirəyə düşə bilər” Ukraynalı ekspert

09 Sentyabr 2025 15:57see122

Kosmosda başqa ulduzları yeyən ulduz peyda oldu

10 Sentyabr 2025 15:40see119

Neft strategiyası Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaratdı ŞƏRH ETDİ

10 Sentyabr 2025 16:03see119

Anasını WhatsApp mesajına görə bıçaqlayan kişi HƏBS EDİLDİ

09 Sentyabr 2025 09:04see119

Kaya Kallas: Moskva Ukrayna ilə danışıqlar masasına oturmalı olacaq

09 Sentyabr 2025 15:13see119

Ukrayna gecə Polşaya Rusiya PUA larının uçuşu barədə məlumat verib

10 Sentyabr 2025 13:56see119

Bu qərarı mən yox, o verdi Tramp

10 Sentyabr 2025 01:04see118

Nigar Fərhad ilk dəfə qızını GÖSTƏRDİ söz savaşı na çıxdılar VİDEO

10 Sentyabr 2025 16:01see117

Xronika: Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi

11 Sentyabr 2025 01:12see116

Eminin yeni evindən Video

09 Sentyabr 2025 20:40see115

Polşa hava məkanına daxil olan Rusiya pilotsuz təyyarələrinə cavab verdi NATO

10 Sentyabr 2025 12:22see115

Toral Bayramov: Əlimizdən gələni yox, gəlməyəni edirdik

10 Sentyabr 2025 01:33see115

Mirzoyan Azərbaycanla delimitasiya prosesindən danışdı

10 Sentyabr 2025 21:44see114

İcbari Tibbi Sığorta Agentliyi ƏƏSMN ya birləşdirilir?

10 Sentyabr 2025 21:42see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri