Vilayət Eyvazov Qazaxıstana səfər edib
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Dekabrın 19-20 tarixlərində Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında işgüzar səfərdə olub.
"Cebheinfo.az" xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Astana şəhərində Qazaxıstan Respublikasının daxili işlər naziri polis general-leytenantı Erjan Sadenovla görüşüb.
Görüşdə iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi, cinayətkarlıqla, o cümlədən onun mütəşəkkil formaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, insan alveri, ekstremizmin təzahürləri və digər məsələlər müzakirə edilib.
Daxili işlər nazirləri arasında müasir dövrün çağırış və təhdidlərinə qarşı birgə mübarizə üzrə qarşılıqlı fəaliyyət haqqında bəyannamə imzalanıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 21 Dekabr 2024 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















