Vilayət Eyvazov Qubada vətəndaş qəbulu keçirdi Video
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvarın 5-də və 6-da Quba Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
“Qafqazinfo” xəbər verir ki, nazir Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlardan, eləcə də digər bölgələrdən 276 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətlərini dinləyib.
V.Eyvazov qəbula gələnlərin müraciətlərinin həlli istiqamətində zəruri addımların atılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin mütləq əksəriyyəti yerindəcə öz həllini tapıb, digərləri nəzarətə götürülüb.
General-polkovnik həmçinin polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib. Vətən müharibəsinin 19 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 223 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.





Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 06 Yanvar 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















