Vilayət Eyvazov Qusarda vətəndaş qəbulu keçirəcək
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2025-ci il fevral ayının 7-də Qusar rayonunda vətəndaşları qəbul edəcək.
Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, Qusar rayon Polis Şöbəsinin inzibati binasında keçirləcək qəbulda Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarının sakinləri qəbul ediləcək.
"Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 06.02.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur", - məlumatda qeyd olunub.
Baxış sayı:32
Mənbə:https://bakivaxti.az
02 2025
06 02
aid məsələlərlə
bilərlər qəbula
binasında keçirləcək
daxili işlər
daxili şlər
ediləcək qəbula