Vilnüs aeroportu hava şarlarına görə yenidən bağlanıb
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Vilnüs Beynəlxalq Aeroportu hava məkanında "naməlum obyektlər" səbəbindən təyyarələrin uçuş və qəbulunu dayandırıb.
"Unikal" xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hava limanı yerli vaxtla saat 20:10-da Vilnüsə doğru uçan hava şarları səbəbindən təxminən üç saatlıq bağlanıb.
Bu arada, Düsseldorfdan Litva paytaxtına uçuşu planlaşdırılan reys Riqaya yönləndirilib.
Xatırladaq ki, oktyabrın 29-da Litva hökuməti Belarus ilə sərhədi bir ay müddətinə bağlamaq qərarına gəlib. Buna səbəb Belarusdan qaçaqmalçılıq yolu ilə gətirilən hava şarları tərəfindən ölkənin hava məkanının pozulması hallarının artması olub. Pozuntular Vilnüs aeroportunun dörd dəfə, Kaunas hava limanının isə bir dəfə bağlanması ilə nəticələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 30 Oktyabr 2025 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















