Icma.az
close
up
RU
“Vindzor Kral Atçılıq Şousu 2025” uğurla başa çatmışdır FOTOLAR VİDEO

“Vindzor Kral Atçılıq Şousu 2025” uğurla başa çatmışdır FOTOLAR VİDEO

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq hər il təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” uğurla başa çatmışdır. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqəti və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə milli sərvətimiz olan Qarabağ atlarının qorunması və dünya miqyasında tanıdılması sahəsində mühüm işlər görülmüş, əhəmiyyətli addımlar atılmışdır.

Görülmüş məqsədyönlü işlərdən biri də qədim və unikal mədəniyyətimizin təbliği üçün olduqca önəmli platformaya çevrilən və 2012-ci ildən etibarən ölkəmizin dəvət aldığı “Vindzor Kral Atçılıq Şousu”nda Azərbaycanın layiqincə tanıdılmasıdır. Nümayəndə heyətimizin hər il təqdim etdiyi bənzərsiz şou-proqramlar və performanslar bu möhtəşəm tədbirin əvəzolunmaz tərkib hissəsinə çevrilmişdir.

Heydər Əliyev Fondunun böyük dəstəyi, Azərbaycan Respublikası Atçılıq Federasiyasının peşəkar təşkilatçılığı sayəsində Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı ölkəmizi “Vindzor Kral Atçılıq Şousu”nda növbəti dəfə uğurla təmsil etmiş, göstərdikləri performansları, qədim tariximizi və milli geyimlərimizi əks etdirən çıxışları ilə tamaşaçıların diqqətini cəlb etmiş, onların marağına səbəb olmuşdur.

Tədbir zamanı milli musiqi alətlərimizdə səslənən musiqilər, “Sərhədçi” rəqs ansamblının enerji dolu rəqsləri və Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində nümayiş etdirdiyi igidlik və cəsarət nümunələri Böyük Britaniya tamaşaçılarının böyük rəğbətini qazanmışdır. Hər gün 20 dəqiqə davam edən şou müddətində süvarilərimiz yüksək peşəkarlığı və dəqiqliyi ilə seçilmişdir.

Tədbir çərçivəsində ölkəmizin zəngin mədəniyyətini əks etdirən iki dəyərli sənət nümunəsi də təqdim edilmiş, Heydər Əliyev Fondunun təşkil etdiyi Azərbaycan pavilyonu barədə qonaqlara verilən məlumatlar böyük maraqla qarşılanmışdır. Daha sonra tanınmış rəssam Elnur Mahmudovun əsəri Böyük Britaniya Kralı III Çarlza hədiyyə edilmiş, rəssam Aygün Nağıyevanın əl işi xalçası isə Edinburq hersoqu Şahzadə Edvarda təqdim olunmuşdur.

Tədbirin kulminasiya nöqtəsində “Land of Fire – Azerbaijan” polo komandası Böyük Britaniyanın Vindzor şəhərini təmsil edən “Guards” polo komandası üzərində 12:10 hesablı parlaq qələbəqazanmışdır.

Qarşılaşmanın sonunda Beynəlxalq Polo Federasiyasının prezidenti cənab Reto Gaudenzivə Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti cənab Elçin Quliyevarenada “Land of Fire – Azerbaijan” komandasını təbrik etmiş, bununla da mötəbər tədbir başa çatmışdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 May 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri