Vinisius Juniora 5 ilə 1 milyard təklif edən Səudiyyə klubu yoxdur
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hazırda Səudiyyə Ərəbistanı klublarından "Real"ın oyunçusu Vinisius Juniora təklif yoxdur. Sport24.az xəbər verir ki, bu barədə "As" nəşri məlumat yayıb. Bir müddət əvvəl mətbuatda braziliyalıya beş mövsüm üçün 1 milyard avro maaş təklif edən Səudiyyə klubunun olduğu barədə xəbərlər yayılmışdı.
Nəşrdə yazılanlara əsasən, "Kral klubu" braziliyalı cinah oyunçusu ilə müqaviləni yeniləməsə, o, digər klublardan bir o qədər çox təklif alacaq. Ola bilsin ki, Səudiyyə Ərəbistanı təmsilçiləri Vinisiusla müqavilə bağlaya bilər.
Qeyd edək ki, mətbuatda hücumçunun yeni müqavilə ilə bağlı klubla danışıqları dayandırdığı haqda məlumat yayılıb. Futbolçunun "Real" ilə hazırkı sözləşməsi 2027-ci ilin yayında başa çatır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 20 İyul 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















