Icma.az
close
up
RU
Vinisius “Rayo Valyekano” fanatlarına hansı jesti göstərib?

Vinisius “Rayo Valyekano” fanatlarına hansı jesti göstərib?

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

La Liqa matçlarında tez-tez müxtəlif qalmaqalların iştirakçısı olan “Real”ın braziliyalı ulduzu Vinisius Junior son turdakı hərəkəti ilə yenə diqqət mərkəzinə düşüb.

“Real”ın “Rayo Valyekano” ilə səfərdə 3:3 bərabərə qaldığı matçın final fitindən sonra “sambaçı” meydanı tərk etmək üzrə olarkən “Kampo de Valyekas”dakı bəzi fanatlar onun ünvanına şüarlar qışqırdılar. Çılğın xarakteri ilə tanınan “sambaçı” isə bunun cavabında yerli fanatlara əli ilə bir jest göstərdi. O əvvəlcə iki barmağını, sonra da aşağı işarəsini göstərərək “sequndaya” sözünü qışqırdı. Vinisius bununla da “Valyekano”nun aşağı liqaya yollanacağına işarə vurdu. “Marka”nın iddiasına görə, İspaniya Kral Futbol Federasiyasının Nizam-İntizam Komitəsi həm bu məsələni, həm də fanatların Vinisiusa yönəltdiyi təzahüratları araşdırmaq qərarına gəlib. La Liqanın nümayəndələri bununla bağlı federasiyaya müraciət ünvanlayıblar.
Bu arada “Rayo Valyekano”nun prezidenti Raul Martin Presa da olaya biganə qalmayaraq bunları deyib: “Vinisiusun bizə qarşı bu cür hərəkəti və fanatlarımıza

“Rayo Valyekano”nun aşağı liqada oynamalı olduğuna işarə vurması çox yersizdi. Çünki elitada oynamaq hər baxımdan bizim üçün çox vacibdi. Bunun sayəsində “həyatda qalırıq”. Hətta bizim klubun da cəza alması gündəmdədi. Epizodu yenidən incələməliyik. Çünki fanatlarımız oyunboyu özünü çox yaxşı aparmışdı. Hərçənd kimsə təxribata uyaraq xoş olmayan bir söz deyirsə və ya meydana yad əşya atırsa, bu heç də yaxşı hal deyil. Qəribədi ki, buna görə də klub cəzalanır. “Rayo Valyekano”nun burda günahı nədi? Biz hər yerdə və həmişə hörməti itirməməliyik. Çünki futbol dünyasına pis bir şey arzulamaq düzgün deyil. Futbolçular da eyni şəkildə başqalarına hörmətlə yanaşmalıdı”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Dekabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri