Vinisius Real dan ayrılmaq qərarını qətiləşdirdi Yeni klubu da bəllidir
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
"Real"ın braziliyalı hücumçusu Vinisius Junior mövsümün sonunda Madrid klubundan ayrılmaq qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Topskills Sports UK" yayıb.
Mənbənin məlumatına görə, futbolçu ötən gün "Santyaqo Bernabeu"da onu dəfələrlə fitə basan bəzi azarkeşlərin münasibətindən ciddi şəkildə məyus olub. Vinisiusun artıq mövqeyini yaxın ətrafına və menecerinə bildirib:
"İstəmədiyim yerdə oynamaq istəmirəm".
Futbolçunun vəziyyəti bir sıra Avropa nəhəngləri tərəfindən diqqətlə izlənilir. Xüsusilə, "Çelsi" braziliyalı oyunçu ilə ciddi maraqlanır və mümkün transferi reallaşdırmağa can atır. Londonlular onun uğrunda mübarizədə favorit göstərilir.
Vinisiusun "Real Madrid"lə müqaviləsinin müddəti 30 iyun 2027-ci ilə qədərdir. "Transfermarkt" onun bazar dəyərini 150 milyon avro qiymətləndirir.
Vinisius bu mövsüm Madrid klubunda bütün turnirlərdə 29 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 19 Yanvar 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















