Icma.az
close
up
RU
Vinisius Siti fanatlarını susmağa, Real Aqueronu xayalarını kəsməyə vadar etdi!

Vinisius Siti fanatlarını susmağa, Real Aqueronu xayalarını kəsməyə vadar etdi!

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çempionlar Liqasının pley-off mərhələsinə dünən baş tutan 4 qarşılaşma ilə start verildi. Böyük səbirsizliklə gözlənilən ''Mançester Siti'' ilə ''Real''ın növbəti dueli ümidləri artıqlaması ilə doğrultdu.
Buna qədər karyerasında heç vaxt ''Real''a qol vura bilməyən Holann bu görüşdə dubl edərək komandasını iki dəfə hesabda önə keçirdi. Amma ''kral klubu'' inanılmaz əzmkarlıq nümayiş etdirərək Mbappe, Dias və Bellingemin qolları ilə 3:2 hesablı qələbə qazandı. Mbappe 3-cü fərqli klubun heyətində ''Siti''yə qol vurdu. Buna qədər o, ''Monako'' və PSJ-nin heyətində Xosep Qvardiolanın komandasını məyus etmişdi. Gələn həftə Madriddə baş tutacaq cavab oyunu ərəfəsində əla üstünlük yaxalayan və ilk dəfə ''Siti''ni səfərdə məğlub edən ''Real'' eyni zamanda Avropanın ən mötəbər klub turnirində 300-cü qələbəsini qazandı. ''Blankos'' 1955-ci ildən keçirilən bu turnirdə 300 qələbə həddinə çatan ilk klub oldu. Bu göstəricidə ikinci pillədə ''Bavariya'' (241), üçüncü pillədə ''Barselona'' (209) qərarlaşıb. Qeyd edək ki, həm Serxio Aqueronun sözləri, həm də ''Siti'' fanatlarının açdığı böyük banner matçda intiqanı bir qədər də artırmışdı. Yerli fanatlar tribunada üzərində Rodrinin ''Qızıl top''la birlikdə şəkli olan və ''ağlamağı burax'' mənasını verən ''stop crying your heart out'' ifadəsini yazmışdılar.
Təbii ki, bu sözlər ''Qızıl top'' uğrunda mübarizədə Rodriyə məğlub olan Vinisiusa ünvanlanmışdı. Amma Vini qol vurmasa da, fanatların cavabını artıqlaması ilə verdi. Komandasının son iki qolunda yaxından iştirak edən braziliyalı ulduz matçın ən yaxşı oyunçusu seçildi! Final fitinin ardından sosial şəbəkələrdə ən çox müzakirə olunan isimlərdən biri də Aquerodu. ''Siti''nin əfsanəsi hesab olunan, qısa müddət ''Barselona''da da top qovan sabiq argentinalı forvard oyundan öncə ingilislərin qalib gələcəyinə şübhə etmirdi. O hətta açdığı bir canlı yayında ''Real'' qalib gəlsə, xayalarımı kəsərəm'' ifadəsini işlətmişdi. Ona görə də indi hamı Aqueronun verdiyi vədlə bağlı nə deyəcəyini gözləyir.
ƏLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Fevral 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri