Vinisiusa görə Real a qarşı oynamayacaq
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Benfika"nın futbolçusu Canluka Prestianni UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Real"la cavab oyununda iştirak etməyəcək.
Sportal.az xəbər verir ki, bu barədə UEFA qərar qəbul edib.
Argentinalı vinger Portuqaliyada keçirilən ilk matçda rəqib oyunçu Vinisius Juniora qarşı irqçilik etməkdə ittiham olunur. Məsələ ilə bağlı araşdırma davam etdiyi üçün ali futbol qurumu 20 yaşlı futbolçuya keçici olaraq 1 oyunluq cəza verib.
Vinisius Prestianninin Lissabondakı görüşdə ona meymun dediyini iddia edib. "Benfika"nın oyunçusu isə bunu rədd edir.
Qeyd edək ki, "Real" - "Benfika" qarşılaşması fevralın 25-dən 26-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Komandalar arasındakı ilk oyun İspaniya klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi
Baxış sayı:135
Bu xəbər 23 Fevral 2026 18:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















