Icma.az
close
up
RU
Virciniyadan Şuşaya Azərbaycan bayrağı gətirdilər FOTOLAR

Virciniyadan Şuşaya Azərbaycan bayrağı gətirdilər FOTOLAR

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-nin Virciniya ştatında yaşayan diaspor fəalları Şamama Məmmədova və qızı Mənsurə Məmmədova Şuşaya səfər edib.

Bu barədə Bakıvaxtı.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Məlumata görə, Komitənin dəstəyi ilə baş tutan səfərdə soydaşlarımız ABŞ-də özlərinin tikib hazırladıqları 15 metr uzunluğunda üçrəngli Azərbaycan bayrağını Şuşa Yaradıcılıq Mərkəzinə hədiyyə veriblər. 2020-ci ildə Şuşanın işğaldan azad edilməsi münasibətilə paytaxt Vaşinqtonda keçirilən qələbə yürüşündə dalğalandırılan bu bayraq ABŞ-nin müxtəlif ştatlarında təşkil olunan digər tədbir və yürüşlərdə də istifadə olunub. Mərkəzdən verilən məlumata görə bayraq Şuşa şəhərində inşa olunacaq Zəfər muzeyi fəaliyyətə başladıqda ora təhvil veriləcək və muzeydə sərgilənəcək.

Şuşaya səfər zamanı soydaşlarımız aparılan yenidənqurma işləri ilə tanış olub, mədəniyyət paytaxtımızda “Güllələnmiş heykəllər”, Cıdır düzü, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi və digər tarixi məkanlara baş çəkiblər. Şamama Məmmədova illər əvvəl Şuşada olduğunu, Şuşanın işğaldan azad edilməsindən sonra ilk dəfə gəldiyini və qürur hissi keçirdiyini bildirib. Onlar bu zəfər sevincini yaşatdığına görə müzəffər Ali Baş Komandan İlham Əliyevə və şanlı ordumuza minnətdarlıq ifadə ediblər.

Qeyd edək ki, Şamama Məmmədova və Mənsurə Məmmədova Azərbaycan həqiqətlərinin təbliği istiqamətindəki fəallıqlarına görə komitə tərəfindən təşəkkürnamə ilə təltif olunublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 19 Dekabr 2024 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri