Vışeqrad ölkələrində mütəşəkkil cinayətkarlıqda yeni tendensiyalar
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Budapeşt, 25 dekabr, AZƏRTAC
2024-cü ildə Vışeqrad qrupuna daxil olan ölkələrdə (Çexiya, Macarıstan, Polşa və Slovakiya) mütəşəkkil cinayətkarlıq sahəsində nəzərəçarpan dəyişikliklər müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının Kriminologiya və Sosial Profilaktika İnstitutunun yeni araşdırmasına görə, bu ölkələrdə cinayətkar qruplara cəlb edilənlərin yarıdan çoxunu qadınlar təşkil edir. Mütəxəssislər bildirirlər ki, qadınlar təkcə insan alveri və oxşar fəaliyyətlərdə deyil, həm də inzibati və logistika işlərində, müştərilərlə ünsiyyətdə və yeni üzvlərin cəlb edilməsində fəal rol oynayırlar.
İqtisadi cinayətlərdə də qadınların mövqeyi güclənir: onlar şirkət sahibləri və rəhbərləri kimi çıxış edir, çirkli pulların yuyulması və korrupsiya sxemlərində iştirak edirlər. Xarici vətəndaşlar arasında isə ukraynalılar qanunsuz məşğulluq, kibercinayət və maliyyə cinayətləri ilə ön plana çıxır. Araşdırma 2019–2024-cü illərdə mütəşəkkil cinayətlərdə iştirak edənlərin payının artdığını göstərir, amma nəticələr son zamanlar açıqlanır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 25 Dekabr 2025 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















