Icma.az
close
up
RU
“Vistar” Mükəmməllik Mərkəzində üçüncü dalğanın təlimləri başlayıb

“Vistar” Mükəmməllik Mərkəzində üçüncü dalğanın təlimləri başlayıb

Apa.az saytına istinadən Icma.az xəbər verir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Respublikası Kosmik Agentliyi, İsrail Aerokosmik Sənayesi Korporasiyası (IAI) və Holon Texnologiya İnstitutunun tərəfdaşlığı ilə təsis edilmiş “Vistar” Mükəmməllik Mərkəzində üçüncü dalğanın təlimlərinin başlaması ilə əlaqədar açılış tədbiri keçirilib.

"APA-Economics" xəbər verir ki, tədbirdə İRİA, Azərkosmos, IAI və Holon Texnologiya İnstitutunun rəhbər nümayəndələri və ekspertləri çıxış ediblər. Çıxışlar zamanı təlim proqramının iştirakçılara innovativ ideyalarını inkişaf etdirmək, texnoloji həllər hazırlamaq və onları kommersiyalaşdırmaq üçün zəruri bilik və bacarıqlar qazandıracağı bildirilib. Qeyd olunub ki, innovasiya və texnologiya sahəsində ixtisaslı insan kapitalının formalaşdırılması, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və beynəlxalq təcrübənin ölkəyə gətirilməsi Azərbaycanın innovasiya ekosisteminin inkişafında mühüm rol oynayır.

Həmçinin “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq ölkədə innovasiya əsaslı iqtisadiyyata keçid istiqamətində ardıcıl addımların atıldığı, bu kimi proqramların isə Azərbaycanın texnoloji potensialının gücləndirilməsinə və rəqabətqabiliyyətli startapların formalaşmasına töhfə verdiyi vurğulanıb.

Ümumilikdə “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü dalğasına 149 nəfər müraciət edib və onlardan 48 nəfəri müsahibədən uğurla keçərək təlimlərdə iştirak haqqı qazanıb. Təlim proqramı İT sahəsində insan kapitalının gücləndirilməsi, erkən mərhələdəki startapların sistemli şəkildə inkişaf etdirilməsi, süni intellekt və peyk texnologiyalarının kommersiyalaşdırılması üzrə bilik və bacarıqların, həmçinin müasir biznes mühitində böyük önəm kəsb edən “yumşaq bacarıqlar”ın inkişafını hədəfləyir.

Yeddi həftə intensiv davam edəcək təlimlərdə iştirakçılar İsrailin Holon Texnologiya İnstitutu başda olmaqla, İsrailin bir sıra aparıcı təhsil mərkəzlərinin mentor və ekspert dəstəyindən faydalana biləcəklər. Proqramın yekununda iştirakçılar arasından startaplar formalaşacaq və “Demo Day” tədbirində həmin startaplar öz layihələrini təqdim edəcəklər.

Qeyd edək ki, “Vistar” Mükəmməllik Mərkəzinin birinci dalğa təlimlərinə 2025-ci ilin noyabrında start verilmişdir. Təlim proqramı 2 əsas moduldan ibarətdir: “İnnovasiya və sahibkarlıq” və ”Peyk innovasiyaları və tətbiqləri”. Mərkəzdə indiyədək təlim keçən iki dalğadan ümumilikdə 62 iştirakçı məzun olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 İyul 2026 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri