Vitali Borisov: “Bu, bizim üçün nüfuz oyunudur”
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“İsveçdə iki məşq keçirdik. Həm taktiki planda çalışmalar etdik, həm də bu məşqlər zalın örtüyünə uyğunlaşmaq baxımından əhəmiyyətli idi”.
İdman.biz xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov deyib.
O, Avropa çempionatının əsas mərhələsinin İsveçlə oyunu ərəfəsində fikirlərini azfutzal.az-a açıqlayıb: “Komandada əhval-ruhiyyə yaxşıdır. Uşaqlar sona qədər mübarizə aparacaqlar. Qrupdan çıxmaq baxımından şansımız qalmasa da, reytin xalları və ilk qələbəmizi qazanmaq üçün “döyüşəcəyik”. Bir növ bu matç bizim üçün nüfuz oyunudur. Əlbəttə, bura tam heyətlə gələ bilmədik. Çünki zədəli futzalçılarımız oldu. Onların yoxluğuna rəğmən, çalışacağıq buradan sərfəli nəticə ilə dönək və Bakıda Xorvatiyaya qarşı yaxşı oyun keçirək. Futzalçılarımız onlara verilən tapşırıqları düzgün icra edə bilsələr, istədiyimizi əldə edəcəyik”
Qeyd edək ki, bu gün keçiriləcək İsveç – Azərbaycan oyunu Helsinqborq Arenada baş tutacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 11 Aprel 2025 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















