Icma.az
close
up
RU
Vitinyanın Salahla Rafinyadan öndə qərarlaşmasını necə izah etmək olar?

Vitinyanın Salahla Rafinyadan öndə qərarlaşmasını necə izah etmək olar?

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qızıl top”un təqdimat mərasimi bu dəfə qalmaqalsız və kiminsə haqqının yeyilməsi ilə bağlı həyəcanlı qışqırıqlarsız keçdi.

Düzdü, “Real”ın təmsilçiləri yenə Parisdə keçirilən tədbirə qatılmadı, ancaq ötənilki demarş Vinisiusa qarşı ədalətsizliyə etiraz xarakteri daşıyırdısa, bu dəfə, sadəcə, getməyin, vaxt və pul sərf etməyin mənası yox idi – bu komandadan heç kimin hansısa mükafata iddialılar sırasında olmadığı çoxdan bilinirdi.
PSJ-nin davranışı hansısa mənada qalmaqala bənzədi. İş ondadı ki, paytaxt klubu bazar ertəsi “Marsel”ə qarşı oynadı və bu üzdən mərasimdə geniş heyətlə təmsil oluna bilmədi. Yalnız zədəlilər – Dembele, Due və Neveş “Qızıl top” naminə Parisə qalmışdı.
Əlbəttə, səsvermənin yekunları ilə bağlı nələrəsə irad bildirmək olar. Məsələn, Vitinyanın “Liverpul”un heyətində premyer-liqada fantastik mövsüm keçirən Məhəmməd Salahdan və ya “Barselona”nın Rafinyasından öndə qərarlaşmasını necə izah etmək olar? Ancaq bütün bunlar indi heç bir əhəmiyyət daşımayan xırda detallardı. İnternetdə axtarış vermədən 2022-ci ildə Kərim Benzemadan sonra 2-ci və 3-cü yeri tutanın kim olduğunu deyə bilərsizmi? Yəqin ki, yox.
Dembelenin qələbəsi ilə bağlı elə bir sual yoxdu. Onun PSJ-nin son mövsümdəki uğurlarına verdiyi töhfəni xatırlatmağa dəyməz. Eləcə də istedadlı və tənbəl futbolçudan gerçəkdən böyük oyunçuya çevilməsi çox gözəl tarixçədi. Ancaq gəlin təsəvvür edək ki, “Qızıl top”u başqa birinə - Lamin Yamala və ya Salaha verərdilər. Və bu Dembelenin keçdiyi bütün bu yolu, fərdi və komanda uğurlarını dəyərsizləşdirəcəkdimi? Yazdakı parlaq PSJ-ni gözümüzdə kiçildəcəkdimi? Yəqin cavab aydındı.
Sözümüzün canı odu ki, “Qızıl top”a hədsiz ciddi yanaşmağı, onun nəticələrinə bu qədər önəm verməyi dayandıraq. Ümumiyyətlə, mükafat lap əvvəl spesifik xarakter daşıyırdı. 1950-ci illərin ortalarından 2000-ci illərin əvvəlinə qədər respondentlər kimə səs verəcəyini bulanıq təsəvvür edirdilər. Sadəcə, o səbəbdən ki, həmin vaxt texnologiyalar bu qədər inkişaf etməmişdi – telekanallarda beynəlxalq futbol dünya və Avropa çempionatlarından, avrokuboklardakı əsas oyunlardan uzağa getmirdi. Ulduzlara baxmırdılar, onlar haqda oxuyurdular, bu mənada onlar daha çox ədəbi personaj rolunu oynayırdılar. Odu ki, bu gün Lionel Messinin faktiki hər oyununa baxmaq imkanımız olduğuna görə özümüzü qeyri-adi dərəcədə xoşbəxt adam saymalıyıq.
Təbii ki, dünyanın ən ucqar nöqtəsində evinin qabağındakı meydanda futbol oynayan istənilən uşaq sizə arzusunun “Qızıl top”u qazanmaq olduğunu deməyəcək. Uşaqlar sevimli komandasında oynamağı, dünya çempionatında yığma forması geyməyi, Çempionlar Liqasında oynamağı arzulayırlar. Kəsəsi, ölkə kubokundan dünya çempionluğuna qədər çox şeyi qazanmağı arzulasalar da, bunların arasında “Qızıl top” yoxdu.
“Qızıl top”, sadəcə, qarnirdi, əsas yeməyə əlavədi. Hətta desert də deyil, çünki adamlar deserti ayrıca yoxlamaq, nə dərəcədə dadlı olduğunu bilmək istəyirlər. “Qızıl top” məhz qarnirdi ki, ondan, ümumiyyətlə, imtina edə bilərsiz. Axı siz restorana onun arxasınca getməmisiz.
Xavi ilə Andres İnyestanın “Qızıl top”u yoxdu. Nə olsun? İndiki halda bu “Qızıl top”un problemi və faciəsidi, bu iki dahi ispan futbolçunun yox. Hə, Uesli Sneyder və Frank Riberi nümunəsində bu məsələyə baxış bucağı bir qədər fərqlidi. Fərdi mükafat onların karyerasının daha mükəmməl sonu, özlərinin isə status və ulduzluq baxımından bir qədər də “artırması” anlamına gələcəkdi. Digər tərəfdən, Luka Modriç nümunəsi də var. Xorvatiyalı ulduz yalnız Messi ilə Ronaldonun parladığı onillikdə “Qızıl top”u qazana bildi. Və məgər o, 2018-ci ildə bu nüfuzlu mükafatı qazanmasaydı, bizim təsəvvürümüzdə aciz futbolçu kimi canlanacaqdı?
İstənilən halda, Dembeleyə görə sevinməyə dəyər – indi 2025 onun yaddaşına daha yaxşı yazılacaq. Bundan sonra isə qoy Lamin Yamal və başqaları “Qızıl top”u qazanmaq haqda düşünsün.
Reaksiya
Vensan Qarsiya, “France Football”ın baş redaktoru:

“Düzünü desəm, rəqabət olmadı. Usman böyük fərqlə qalib gəldi. O, “Qızıl top”un münsiflər heyətinin də dəstəyini qazandı. Dembele bütün qitələrdə böyük səs fərqi ilə sorğunu qazandı”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Oktyabr 2025 22:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see157

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see138

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri