Icma.az
close
up
RU
Vitse prezident: Fələstin dövləti regionda sülhün açarıdır

Vitse prezident: Fələstin dövləti regionda sülhün açarıdır

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Fələstinin vitse-prezidenti Hüseyn əl-Şeyx bildirib ki, Fələstin dövlətinin yaradılması regionda təhlükəsizlik, sülh və sabitliyin açarıdır.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Şeyx sosial şəbəkədə Fələstin dövlətinin yaradılmasını “absurd” ideya kimi qiymətləndirən İsrailin baş naziri Benyamin Netanyahuya cavab verib.

"Fələstin dövləti təhlükəsizlik, sülh, sabitlik və rifahın açarıdır. Absurd olan İsrailin işğalını davam etdirməsi, cinayət törətməkdə israrlı olması və beynəlxalq hüququ pozmasıdır", - deyə vitse-prezident qeyd edib.

İsrail işğalının sona çatacağına işarə edən Şeyx: "Fələstindəki ən kiçik zeytun ağacının ömrü bu işğaldan daha uzun olacaq. İşğal mütləq sona çatacaq və Fələstin dövlətinin qurulması regiona sülh gətirəcək", - deyib.

İsrailin baş naziri Netanyahu axşam saatlarında Fələstin dövlətinin yaradılmasını “absurd” ideya kimi qiymətləndirib.

Netanyahu İsrail səfirləri ilə görüşündə: "Fələstin dövlətinin qurulması ilə sülhün gələcəyi fikri absurd fikirdir. Biz bunu Qəzzada sınadıq. Bizi məhv etməyə çalışan bir rejimi eyni məqsəd üçün çalışan başqa bir rejimlə əvəz etməyəcəyik", - deyə o qeyd edib.

"Netanyahu bu açıqlaması onun "1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasını" tələb edən BMT qətnamələrinə və beynəlxalq hüquqa məhəl qoymaması anlamına gəlir", - deyə Şeyx əlavə edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Aprel 2025 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see658

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see273

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see253

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see248

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see219

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see185

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see178

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see177

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see151

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri