“Vladimir Jirinovski” Bakıya GƏLİR Tarix AÇIQLANDI
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Rusiyada inşası davam edən PV300VD layihəli dördmərtəbəli “Vladimir Jirinovski” kruiz layneri Baltik Gəmiqayırma Zavoduna quraşdırma işlərinə başlamaq üçün 29 oktyabr gecəsi Sankt-Peterburqa çatıb.
Turkustan.az xəbər verir ki, laynerin inşası təxminən 10 il ərzində Həştərxan vilayətindəki gəmiqayırma zavodunda həyata keçirilib.
Yeni kruiz layneri təkcə Volqa boyunca deyil, həm də Xəzər, Azov və Qara dənizlərində fəaliyyət göstərəcək. Laynerin gediş marşrutu arasında Aktau, Türkmənbaşı, Bakı və Mahaçqala da var.
Gəminin sərnişin tutumu isə 310 nəfərdir.
Laynerin gələn il, Rusiya Liberal Demokrat Partiyasının qurucusu Vladimir Jirinovskinin 80 illik yubileyi münasibətilə suyə salınması planlaşdırılır.
PV300VD konsepsiyası “üzən otel” tərzində dizayn edilib. Gəmidə tam ölçülü balkonlar və terraslar, burun hissəsində panoram salonu, hovuz və bar olacaq. /Musavat.com/
Baxış sayı:74
Bu xəbər 29 Oktyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















