Vladimir Kliçko boks karyerasını bərpa etmək istədiyini açıqlayıb
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Keçmiş WBO, IBF, IBO və “The Ring”də ağır çəkidə çempion, ukraynalı Vladimir Kliçko rinqə mümkün qayıdışı barədə danışıb.
İdman.Biz bildirir ki, Vladimir Kliçko 2017-ci ildə karyerasını bitirib.
“Bunu belə deyəcəyəm: hələ də bacararam. Arzum varmı? Bəli. Aleksandr Usik bütün bu illər ərzində çempion olub, ona görə də açığı, iki ukraynalı arasında sadəcə... Amma Aleksandr kəmərlərdən birini boşaltdı - artıq başqa bir çempion var. 45 yaşında çempion olan Corc Formenin rekorduna baxanda - və mənim artıq 50 yaşım var - hələ də 2022-ci ilə qədər düşünürdüm: “Qoy 45 olsun... 45 və bir gün yox, 47 və ya 49 olsun”. Artıq 50 yaşım var. Buna ehtiyacım yoxdur. Geri qayıtmağı planlaşdırmıram, çünki heç vaxt getməmişəm. Ona görə də geri dönüşdən söhbət gedə bilməz. Amma motivasiya, istək, sağlamlıq var və sonra görəcəyik. Mən hələ də bunu edə bilərəm”, - Kliçko deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 29 May 2026 03:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















