Icma.az
close
up
RU
Vladimir Kramnikə qarşı petisiyanı 15 mindən çox adam imzalayıb

Vladimir Kramnikə qarşı petisiyanı 15 mindən çox adam imzalayıb

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bəyanatları amerikalı şahmatçı Daniel Naroditskinin ölümünə səbəb olduğu iddia edilən rusiyalı qrossmeyster, şahmat üzrə 14-cü dünya çempionu Vladimir Kramnikə qarşı başladılan petisiyanı 15 mindən çox adam imzalayıb.

İdman.Biz xəbər verir ki, onlar Kramnikin diskvalifikasiyasını və bütün titullarından məhrum olunmasını tələb edirlər.
Petisiya change.org platformasında yerləşdirilib.

Bildirilir ki, Kramnikin davranışı Beynəlxalq Şahmat Federasiyasının (FIDE) etik normalarını pozur. Sənədi imzalayanlar beynəlxalq təşkilatdan rusiyalı qrossmeysterə qarşı qəti tədbirlər görülməsini tələb edirlər.

Naroditskinin onlayn-yayımlarını izləyən Kramnik, oktyabrın 19-da həyəcan təbili çalaraq bildirib ki, amerikalı şahmatçı, ola bilsin, yuxu dərmanından daha güclü vasitədən istifadə edib. O, Naroditskinin ətrafındakı insanlara müraciət edərək, onları bu şahmatçıya yardım etməyə çağırıb. Kramnik daha əvvəl Danielin şahmat fırıldaqlarında əlinin olması ilə bağlı şübhələr də yaradıb.

Naroditskinin ölümü haqqında xəbərlər yayılanda bəzi internet istifadəçiləri Kramniki ona psixoloji təzyiq göstərməkdə ittiham ediblər. Onların fikrincə, şahmatçının faciəli ölümünə məhz bu təzyiq səbəb ola bilərdi.
16-cı dünya çempionu, norveçli qrossmeyster Maqnus Karlsen də Kramnikin Naroditskini amansızcasına təqib etdiyini bildirib. “Kramnikin Naroditskiyə qarşı hərəkətləri dəhşətli idi və nəticələri də göz qabağında idi. Bütün bunlar Naroditskini çoxdan son dərəcə ağır vəziyyətə salmışdı” – Karlsen deyib.

Vladimir Kramnik özü 29 yaşlı amerikalı şahmatçı Daniel Naroditskinin ölümündən sonra sosial şəbəkələrdə ona ünvanlanan çoxsaylı hədələrlə bağlı məhkəməyə müraciət etmək niyyətində olduğunu açıqlayıb.
Qeyd edək ki, Naroditskinin ölüm xəbəri oktyabrın 20-də yayılıb. Şahmatçı noyabrın 9-da 30 yaşını qeyd edəcəkdi.

Naroditski FIDE dünya reytinqində 151-ci, ABŞ şahmatçıları arasında isə 17-ci yeri tuturdu. O, həmçinin 12 yaşadək idmançılar arasında dünya çempionu olub, ABŞ çempionatlarında iştirak edib, şahmat haqqında kitablar yazıb. 2025-ci ilin sentyabrında keçirdiyi “Charlotte Open” adlı son turnirində mümkün 8 xaldan 5.5 xal toplayaraq 3-4-cü yerləri bölüşüb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Oktyabr 2025 05:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri