Icma.az
close
up
RU
“Vladimir Putin rahatlıqla əllərini qatlayıb hadisələrin inkişafını izləyə bilər“ BBC

“Vladimir Putin rahatlıqla əllərini qatlayıb hadisələrin inkişafını izləyə bilər“ BBC

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"ABŞ-Ukrayna münasibətləri çöküşün astanasında, ABŞ-Rusiya əlaqələrində tam əks proses gedir..."

Cümə günü Oval kabinetdə baş verən dramatik hadisə dünya liderlərinin sürətli reaksiyasına səbəb olub. Amma Kreml rəhbərindən heç bir şərh verilməyib.

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.

Nəşr qeyd edir ki, əslində, onun heç nə deməsinə ehtiyac da yoxdur. Prezident Putin sakitcə oturub hadisələrin gedişatını izləmək imkanına malikdir.

Donald Tramp proqnozlaşdırıb ki, prezident Zelenski ilə açıq qarşıdurma "mükəmməl televiziya şousuna" çevriləcək.

Bu "şounun" Vladimir Putinə xoş gələcəyinə az adam şübhə edir. Putinin qoşun yeritdiyi ölkənin lideri Vladimir Zelenskinin ABŞ prezidenti və vitse-prezidenti tərəfindən dünya mediasının gözü qarşısında sərt tənqid olunması olduqca dramatik mənzərədir.

Bununla belə, bəzi rusiyalı rəsmilər Vaşinqtondakı hadisələri şərh edib. Sosial mediada paylaşımında Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident Dmitri Medvedev bildirib ki, prezident Zelenski "Oval kabinetdə şillə" alıb və ABŞ-ı Ukraynaya hərbi yardımı dayandırmağa çağırıb. Moskvanın bunu necə böyük məmnuniyyətlə qarşılayacağı bəllidir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Telegram-kanalda paylaşım edərək Trampı və Cey Di Vensi Ukrayna prezidentini vurmadıqlarına görə "möcüzəvi təmkinlik" göstərdiklərinə" görə tərifləyib.

Bu, artıq içində olduğumuz yeni dünyanın bir göstəricisidir: ABŞ-Ukrayna münasibətləri çöküşün astanasında olduğu halda, ABŞ-Rusiya əlaqələrində tam əks proseslər gedir.

Son həftələrdə Tramp və Putin telefonla danışaraq sıx əməkdaşlıq vəd ediblər. Yaxın zamanda mümkün sammit barədə söz-söhbətlər dolaşır. ABŞ və Rusiya arasında münasibətlərin yenidən qurulması və potensial iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsi artıq başlayıb.

Prezident Putin amerikalılara nadir torpaq metallarının və alüminiumun hasilatı ilə bağlı perspektivli birgə layihələr təklif edərək onları cəlb etməyə çalışır.

ABŞ və Ukrayna arasındakı münasibətlərin pozulması Kiyev üçün ciddi fəsadlar yarada bilər, amma Moskva üçün bu, olduqca müsbət nəticələr vəd edir.

Əgər ABŞ Ukraynaya silah tədarükünü dayandırarsa, Avropa liderlərinin həmrəyliyi və güclü dəstəyi qalmaqda davam etsə belə, Rusiya qoşunlarının işğal etdiyi əraziləri qorumaq ukraynalılar üçün xeyli çətinləşəcək.

Moskva hesab edir ki, Ukraynadakı müharibə Rusiya üçün faydalıdır. Oval kabinetdəki mübahisə bu fikri daha da möhkəmləndirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Mart 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri