Icma.az
close
up
RU
VMR Şirkətlər Qrupunun rəhbəri və Mirvari Qəhrəmanlının qızı arasında nə baş verir? Hüquq müdafiəçisi qızının təhqir olunduğunu iddia edir

VMR Şirkətlər Qrupunun rəhbəri və Mirvari Qəhrəmanlının qızı arasında nə baş verir? Hüquq müdafiəçisi qızının təhqir olunduğunu iddia edir

"VMR" Şirkətlər Qrupunun rəhbəri Vüsal Həsənov Müasir Psixologiya Mərkəzinin əməkdaşı, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının qızı Sara Rəhmanovanı təhqir etməsi barədə iddialara cavab verib. 

V.Həsənov Pravda.az-a açıqlamasında əlində baş verənlər barədə görüntülərin olduğunu bildirib. 

Onun dediklərini təqdim edirik: “Müasir Psixologiya Mərkəzini alıb, öz şirkətimə birləşdirirəm. Hazırda bununla bağlı proses gedir. Ötən gün Mərkəzdə direktorun otağında söhbət edirdim. Mirvari Qəhrəmanlının qızı qəfildən qapını açıb içəri girdi. Qapı döymək mədəniyyəti yoxdur. Direktora dedi ki, mən xəstəyəm, getmək istəyirəm. Direktor yaşlı adamdır, 73 yaşı var. Allah var, o dedi ki, qəbula yazılan uşaqları təxir sal, valideynlərə məlumat ver, sonra get. Bu, mədəniyyətdir, burada böyük bir şey yoxdur. Sara Rəhimova otaqdan çıxdı. Biz direktorla söhbətimizə davam etdik. Müəssisə alıram, bilməliyəm ki, bunun nəyini alıram? Yaxşını, pisi görməliyəm. Həmin vaxt başqa bir əməkdaş gəlib direktora dedi ki, “Sara xanım sizi çağırıb, deyir, tez yanıma gəlsin”. İşçi direktoru yanına çağırır? Özü də “qaçaraq yanıma gəlsin...” Bu nə deməkdir? Yenə fikir vermədim, amma beynimdə düşünürəm ki, bu müəssisə elə bu cür işləyir? Yəni mən buranı, bu mədəniyyətləri alıram? Direktor onun yanına getmədi, əməkdaş isə ikinci dəfə də gəlib dedi ki, “Sara xanım deyir, bu dəqiqə gəlsin bura”. Məəttəl qaldım. Mən boş-boşuna danışmıram, video kamera var. Bir az vaxt keçdi, Sara Rəhimova içəri girdi, əlində də stəkan. Bilmirəm, direktorun başına vurmaq istəyirdi, ya çay içirdi. Mən isə tərpənmirdim, sakit oturmuşdum. O isə direktora “Sənə adam kimi deyirəm ki, mən xəstəyəm, getməliyəm” dedi. Direktor ayağa qalxıb dedi ki, “mən sənə dedim ki, pasiyentləri təxirə sal, get, başqa nə dedim?” Sara Rəhimova isə söyüş söyməyə başladı. Mən ona dedim ki, xanım, birincisi, sahibkarla direktor oturub, ən əsası iki kişi oturub, qapını döymədən içəri girirsən, üstəlik bu formada danışırsan, axı bu, uyğun deyil. Bundan başqa söz deməmişəm. İnanın, and içirəm, gözünü yumdu, ağzını açdı. Elə söyüşlər söyür ki, mən bu söyüşləri bilmirəm. Bu ensiklopediya harada yazılıb? Anan belə, bacın belə... Sən mənim anamı, bacımı harada görmüsən axı? Anamın 80 yaşı var, ölüm yatağındadır, gününü sayır. Ermənistanda camaat qaçan zaman mənim bacıma 9 yaşı olanda güllə atdılar, uşağa güllə dəydi, öldürdü. Bacımı torpağa basdırıb oradan köçdük. Sara Rəhimova yenidən üstümə şığıdı, məni məcbur etdi ki, ona əl qaldırım. Mən də uşaq deyiləm, hüquqşünasam, ağlım başımdadır. Qadının məqsədini bildim. Sakit yerimdə oturmuşdum. Nə dedisə, cavabında dedim ki, “özünsən”. Guya bunun ürəyi getdi. Sonra Mərkəzdə 5 saat dolanıb. Nə oldu bəs, xəstə idin? Axşam gördüm ki, anası da haqqımda paylaşım edib. Mən sənin üçün küçədən keçən biri deyiləm. Qarnım güllənin qabağında deşik-deşik olub, 6 il cəbhə bölgəsində xidmət etmişəm, minaya düşmüşəm, güllə yarası almışam. Sağlamlıq durumun normal vəziyyətdə deyil ki, durub sənin hər tir-tapına dözüm. İkincisi, ay ana, sən mənə yazırsan ki, “şərəfsiz". Mirvari Qəhrəmanlının söyüşləri var. Arxamca telefonda söyüb. Qızından mələk düzəldir. Denən ki, qızımı söyüblər. Niyə açıqlamalar elə verirsən, guya hansısa qadının hüquqlarını müdafiə edirsən. Dünən şərhlərdə biri mənə “qeyrətsiz” yazıb. Mən də ona telefon nömrəmi yazdım ki, zəng elə, qeyrətimizi tərəzidə çəkək. Niyə mənə zəng etmədi?  Bu ölkədə yeganə sahibkaram ki, kim nə vaxt istəsə, zəng edir, danışa bilir. Hamıya açığam. Çünki elə bir günahım yoxdur. İndi kameradan çıxarışlar edirəm, Daxili İşlər Nazirliyinə göndərəcəyəm. Heç kimdən gizlədəcəyim, qorxacağım yoxdur. Çünki hansısa vəziyyətə düşməli şərait yaratmamışam ki, gizlənim. Mirvari Qəhrəmanlı mənə zəng edərdi, soruşardı ki, nə məsələdir? Dünən 102-yə zəng edib, polis gəlib. Kameranı açdıq, polis baxdı. Polis dedi ki, Sara xanım, günah sizdədir, adamı təhqir etmisiniz. Anası isə paylaşım edir ki, polis gəldi, qızıma dedi ki, günahkarsan. Siz özünüzü kim hesab edirsiniz? Hüquq müdafiəçisi? Guya mən bilmirəm ki, dövlətin ayırdığı qrantları necə silirsiniz? Mən bütün həyatımı bu millətə, dövlətə xərcləmişəm”. 

Qeyd: Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib ki, Vüsal Həsənov qızını təhqir edib: "Hədə qorxu gəlib. Vüsal, qadına dediyin aşağılayıcı sözlər, təhqirlər yaxınlarına aiddir".

Onun sözlərinə görə, qızı Sara Rəhimova işdən azad olunmağı ilə bağlı əmri almağa və şəxsi əşyalarını götürmək üçün Mərkəzə gedəcək: "Mərkəzin sahibi Azər müəllim qızıma bildirib ki, Mərkəzə yaxın gəlsən, polis çağrılacaq və sən Mərkəzə buraxılmayacaqsan. Qızıma qarşı yeni təxribat hazırlanır. Arxasında duran kimdir?"

Pravda.az-a açıqlama verən hüquq müdafiəçisi deyib ki, Daxili İşlər Nazirliyindən ona zəng edib məsələni nəzarətə götürəcəklərini deyiblər: "Qızıma o qədər təhqiramiz sözlər deyib ki, dünəndən özümə gələ bilmirəm. Qızım iki yerdə işləyir, uşaqlarını saxlayır, həyat yoldaşı ilə çoxdan ayrılıblar. Bu qədər ədalətsizlik olmaz. 10 ildir, qızım Mərkəzdə işləyirdi. Vüsal Həsənov gəldi, bilmirəm aralarında nə məsələ var".

O, daha sonra sosial şəbəkə hesabında yazıb: "Dünən Müasir Psixologiya Mərkəzində "xüsusi səlahiyyətli" şəxs Vüsal Həsənov tərəfindən qızıma qarşı işlətdiyi əxlaqsız ifadələr, söyüşlər bu insanın pisixoloji probleminin olduğu haqda şübhə doğurur. Bu hal onda bir neçə dəfə müşahidə olunub, başqa işdən çıxarılanlar və şikayətçi də var. Düşünürəm ki, Vüsal Həsənovun psixoloji durumu müvafiq qurumlar tərəfindən yoxlanılmalıdır. Bu Mərkəzdə xəstə uşaqlar da müalicə alır".

Aytəkin Qardaşova 

seeBaxış sayı:43
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri