Vokal artistlərinin çıxışları alqışlarla qarşılandı
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında klassik vokal musiqisi konserti keçirilib.
Teatrın baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin bədii rəhbərliyi ilə ərsəyə gələn proqramda Əməkdar artistlər Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Fərid Əliyev, eləcə də teatrın digər aktyorları — Firus Məmmədov, Yuliya Heydərova, Eleonora Mustafayeva, Valeriya İskəndərova və Olqa Georqiyeva çıxış ediblər.
Onlar Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələri — Qara Qarayev, Fikrət Əmirov, eləcə də dünya operasının tanınmış bəstəkarları — Coakkino Rossini, Cüzeppe Verdi, Cakomo Puççini, Amilkare Ponkyelli, Klod Debüssi, Arrigo Boytonun və başqalarının əsərlərini təqdim ediblər.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 22 Dekabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















