Voleybol hakimləri üçün seminarın yekun mərhələsi keçirilib
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Voleybol hakimləri üçün təşkil olunan üçmərhələli seminarın yekun mərhələsi keçirilib.
Moderator.az Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmi saytına istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan təlimdə 23 nəfər iştirak edib.
Seminarın sonuncu mərhələsi federasiyanın AVF-nin Hakimlər Komissiyasının sədri, Eldar Zülfüqarov və federasiyanın Hakimlər Komissiyasının sədr müavini Zaur Hacıyev tərəfindən aparılıb. Beynəlxalq dərəcəli hakimlər voleybol qaydalarının incəliklərini izah edərək iştirakçıların suallarını cavablandırıb və onlardan test imtahanı götürüblər.
Yüksək nəticə göstərən iştirakçılar yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyinin pley-off mərhələsinin oyunlarına təyinat alacaqlar.
Qeyd edək ki, seminarların keçirilməsində əsas məqsəd hər il yeni hakimlərin hazırlanması və mövcud kadrların peşəkarlıq səviyyəsinin artırılmasıdır.
Baxış sayı:146
Bu xəbər 25 Mart 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















