Voleybol üzrə Yüksək Liqaların start tarixi dəqiqləşib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 10 oktyabr, AZƏRTAC
Qadın və kişi voleybolçular arasında Yüksək Liqanın yeni mövsümünün start tarixi dəqiqləşib.
Azərbaycan Voleybol Federasiyasından (AVF) AZƏRTAC-a verilən məlumata görə, qadınların yarışına oktyabrın 14-də “Gəncə” – “Azərreyl” oyunu ilə start veriləcək. Qarşılaşma Gəncə İdman Sarayında təşkil olunacaq. Turun digər oyunları isə oktyabrın 15-də baş tutacaq. Həmin gün AVF-nin İdman zalında “DH Volley” – “Abşeron”, UNEC-in İdman zalında isə UNEC – “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gələcək.
Birinci turun “Gənclər” – “Murov Az Terminal” oyununun keçiriləcəyi yer və vaxt barədə əlavə məlumat veriləcək.
Kişilərin Yüksək Liqasında I tur oktyabrın 16-da başlanacaq. FHN-nin İdman zalında “Neftçi” – “Ordu”, “Murov Az Terminal” klubunun İdman zalında isə “Murov Az Terminal” – “Azərreyl” komandaları qarşılaşacaq. Turun “Gənclər” – “Xilasedici” oyununun keçiriləcəyi yer və vaxt barədə daha sonra məlumat veriləcək.
Qeyd edək ki, qadınların yarışında 9 komanda - “Azərreyl”, “Abşeron”, “Murov Az Terminal”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, UNEC, “DH Volley”, “Turan” və “Gənclər” mübarizə aparacaq.
Kişilərin Yüksək Liqasında isə 6 komanda çıxış edəcək - “Azərreyl”, “Murov Az Terminal”, “Xilasedici”, “Neftçi”, “Ordu” və “Gənclər”.
Reqlamentə əsasən, qadınların yarışında hər tur bir komanda istirahət edəcək. İlk turda “Turan” klubu oynamayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 10 Oktyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















