Volkov tarixə düşdü
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Premyer Liqasının 2024/25 mövsümünün ilk het-triki qeydə alınıb.
Futbolpress.az xəbər verir ki, bu, I turun “Zirə” – “Səbail” oyununda (4:1) gerçəkləşib. Davit Volkov birinci hissədə üç qol vurub.
Gürcüstanlı hücumçu bununla da Azərbaycan çempionatları tarixinə düşüb. O, ən çox het-trik edən legioner adına yiyələnib.
“Zirə”də ikinci dəfə belə uğura imza atan Volkov “Sabah”ın heyətində də bir het-trik müəllifi olub. Üç het-trikə imza atan ilk legioner kimi tarixə düşən gürcüstanlı hərəyə iki dəfə fərqlənən Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahodir Nasimov və Reynaldo Silvanı geridə qoyub.
Baxış sayı:92
Bu xəbər 05 İyun 2026 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















