“Volkswagen” 2030cu ilə qədər əməkdaşları işdən çıxarmadan 35 min iş yerini ixtisar edəcək
Icma.az bildirir, Report.az portalına istinadən.
Alman avtomobil şirkəti “Volkswagen” həmkarlar ittifaqı ilə istehsal güclərinin azaldılması barədə razılığa gəlib.
“Report” xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Şirkətin istehsalat şurasının rəhbəri Daniela Kavalyonun sözlərinə görə, heç bir zavod bağlanmayacaq, heç kim işdən çıxarılmayacaq və daxili kollektiv müqavilə uzunmüddətli perspektivdə qorunub saxlanılacaq.
Məlumata görə, “Volkswagen” və həmkarlar ittifaqı razılaşıb ki, şirkətin Almaniyadakı beş zavodunda illik istehsal gücü 734 min vahid azaldılacaq və 2030-cu ilə qədər əməkdaşları işdən çıxarmadan 35 min iş yeri ixtisar ediləcək: konsern köhnə mütəxəssislər təqaüdə çıxdıqca yeni mütəxəssislərin işə qəbulunu dayandıracaq və təcrübəçilərin qəbulunu azaldacaq.
Xatırladaq ki, dekabrın əvvəlində Almaniyada “Volkswagen”in təxminən 70 min işçisi ölkədəki zavodların bağlanmasına qarşı tətil keçirib. Bu barədə Almaniyanın ən böyük həmkarlar ittifaqı olan “IG Metall” məlumat yayıb.
Tətillər “Volkswagen”in doqquz zavodunda keçirilib – hər iş növbəsində müəssisələrdə iş dörd saatlıq dayandırılıb. İşçilər istehsalçı ilə həmkarlar ittifaqı arasında növbəti danışıqlar raundunun fonunda etiraz aksiyalarına çıxıblar. “IG Metall” o zaman bildirmişdi ki, tərəflərin mövqelərinin yaxınlaşmasına hələ çox var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 22 Dekabr 2024 04:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















