“Volkswagen” bu dəfə elektrikli avtomobillərini geri çağırır
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Almaniyanın “Volkswagen” avtomobil istehsalçısı batareya qüsuru ilə əlaqədar dünya miqyasında təxminən 73 000 elektrikli nəqliyyat vasitəsini geri çağırmaq qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bild” qəzeti Federal Avtomobil Nəqliyyatı İdarəsinə (BMA) istinadla məlumat yayıb.
Nəşrin məlumata görə, buna səbəb ən pis halda yanğına səbəb ola biləcək nasaz batareya elementləridir.
Nəşr əlavə edib ki, qərar 2022-2025-ci illər arasında istehsal olunmuş ID.3, ID.4, ID.7, ID. Buzz və Cupra Born modellərinə təsir edəcək.
“Volkswagen” şirkətinin məlumatına görə, qüsur batareya təchizatçısının istehsal qüsurundan qaynaqlanır.
Qeyd edək ki, bir gün əvvəl “Süddeutsche Zeitung” qəzeti “Volkswagen”in 2030-cu ilə qədər yüz minlərlə işçisi üçün genişmiqyaslı əmək haqqı dondurulmasına hazırlaşdığını bildirmişdi. Bu tədbir şirkətin dünya üzrə 600 000 işçisinin əhəmiyyətli bir hissəsinə təsir göstərə bilər. Analitiklər xəbərdarlıq edirlər ki, inflyasiya ilə əlaqədar indeksləşdirmənin uzunmüddətli olmaması işçilərin real gəlirlərinin təxminən 10%-nin itirilməsinə səbəb olacaq.
Bu mövzuda digər xəbərlər:Volkswagen minlərlə elektrikli avtomobili geri çağırır
15 Oktyabr 2026 22:17
Volkswagen 45 minə yaxın elektrikli avtomobilini geri çağırır
27 Yanvar 2026 21:26
Volkswagen və Audi elektromobillərini geri çağırır
13 Mart 2025 08:41
Volkswagen 44 min avtomobili geri çağırır
29 Yanvar 2026 13:44
“Volkswagen” təhlükəli qüsura görə bu modellərini geri çağırır
29 İyun 2025 12:13
Baxış sayı:92
Bu xəbər 20 Oktyabr 2026 21:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















