Volkswagen in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
"Volkswagen" rəhbəri işçilərə dünya üzrə 50 minədək iş yerinin ixtisar olunacağını elan etdi
"Volkswagen" avtomobil konserninin baş direktoru Oliver Blume dünya miqyasında 50 000-ə qədər iş yerinin ixtisar ediləcəyini işçilərə elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə "DW" məlumat yayıb.
Blumenin korporativ bülletendə dərc olunmuş müsahibəsindən məlum olur ki, bu rəqəm administrasiya, infrastruktur və əsas fəaliyyətə dəstək xərclərinin rəqabətədavamlı səviyyəyə qədər azaldılması planı ilə bağlıdır.
"Volkswagen" rəhbərinin məktubunda həmçinin qeyd olunur ki, VW-nin cari xərcləri öz seqmentindəki digər şirkətlərlə müqayisədə 20% yüksəkdir.
Konsern həmçinin ona məxsus olan digər brendlərin də işçilərini ixtisar etmək niyyətindədir.
"Der Spiegel" jurnalının məlumatına görə, bu işçilərin əksəriyyəti Almaniyadadır. Blumenin sözlərinə görə, 2026-cı ilin sonuna qədər bu hədəf yarıdan çox yerinə yetiriləcək.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 15 İyul 2026 00:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















