Volkswagen kütləvi ixtisarlara gedir 19 min nəfər...
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
"Volkswagen" (VW) avtomobil konserni cari ilin sonuna qədər 19 000 əməkdaşını ixtisar etməyi planlaşdırır.
Avtosfer.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
İxtisarlar "Volkswagen"in xərcləri azaltmaq üzrə genişmiqyaslı planlarının bir hissəsidir. Son illərdə şirkət tələbatın zəifləməsi, elektromobillərin satışı ilə bağlı çətinliklər və Çin korporasiyaları tərəfindən rəqabətin güclənməsi səbəbindən ciddi problemlərlə üzləşir.
Hələ 2024-cü ildə "Volkswagen" zavodları bağlamağa və on minlərlə əməkdaşı ixtisar etməyə məcbur olacağını bəyan etmişdi. İxtisarlar 2030-cu ilə qədər işçi sayının 28 000 nəfər azaldılması üzrə nəzərdə tutulan planın bir hissəsidir (Oxu.az).
Baxış sayı:99
Bu xəbər 14 İyun 2026 21:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















