Icma.az
close
up
RU
Volkswagen Qrupunun mənfəəti ilin birinci rübündə 37 faiz azalıb

Volkswagen Qrupunun mənfəəti ilin birinci rübündə 37 faiz azalıb

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Alman avtomobil istehsalçısı Volkswagen Group-un əməliyyat mənfəəti birinci rübdə illik müqayisədə 37 faiz azalıb, bu, Çində tələbin zəifləməsi və artan xərclər və Avropa fabriklərində həddindən artıq gücün təsirinə məruz qalıb.
Xalqcebhesi.az xəbər verir ki, Audi, Bugatti, Seat, Skoda və Porsche markalarının daxil olduğu Volkswagen Qrupu ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Buna görə, qrupun 2024-cü ilin ilk rübündə 75 milyard 461 milyon avro olan satış gəliri, Çin xaricindəki bazarlarda avtomobil satışlarının artması ilə 2025-ci ilin ilk rübündə yüzdə 2,8 artaraq 77 milyard 558 milyon avroya yüksəldi.
Şirkətin əməliyyat mənfəəti 37 faiz azalaraq 2 milyard 873 milyon avroya, xalis mənfəəti isə 40,6 faiz azalaraq 2 milyard 186 milyon avroya düşüb.
Volkswagen Qrupunun vergidən əvvəl mənfəəti Çində tələbin zəifləməsi, artan xərclər və Avropa fabriklərində artıq istehsal gücü səbəbindən birinci rübdə 40 faiz azalaraq 3,1 milyard avroya düşüb.
Ötən ilin birinci rübündə 6 faiz olan mənfəət marjası (mənfəətin dövriyyəyə nisbəti) bu ilin birinci rübündə 3,7 faizə düşüb. Volkswagen Qrupunun əməliyyat mənfəətinin azalmasında yenidən strukturlaşdırma xərcləri, elektrikli avtomobillər üçün akkumulyator xərcləri və Çində satışların azalması təsirli olub.
Şirkət siyasi qeyri-müəyyənlik, artan ticarət məhdudiyyətləri və emissiya tənzimləmələrini əsas gətirərək, bu il xalis pul vəsaitlərinin hərəkəti və xalis likvidliyin illik proqnozların aşağısında olacağını gözlədiyini söylədi. ABŞ tarifləri təxminlərə daxil edilməyib.
Volkswagen, artan çətinliklər səbəbindən bu il əməliyyat mənfəətinin 5,5 faiz proqnozunun aşağı sonuna yaxınlaşacağını gözlədiyini söylədi.
“Çətinliklər xüsusilə siyasi qeyri-müəyyənlik, artan ticarət məhdudiyyətləri və geosiyasi gərginlik, artan rəqabət, qeyri-sabit əmtəə, enerji və valyuta bazarları və emissiyalara dair daha sərt tələblərlə xarakterizə olunan mühitdən yaranacaq”, - deyə məlumatda bildirilir.
Qrup, ilk rübdə keçən ilin eyni dövrü ilə müqayisədə avtomobil tədarüklərinin 0,9 faiz artaraq 2,1 milyona çatdığını bildirdi.
Alman istehsalçısının Çində satışlarının kəskin azalması şirkətin istehsal gücünü kəskin şəkildə azaltmasına səbəb olur.
Digər tərəfdən, Volkswagen Qrupunun əməliyyat mənfəəti əvvəlki ilə nisbətən 15,4 faiz azalaraq 19,06 milyard avroya düşüb. Şirkətin xalis mənfəəti də 31 faiz azalaraq 12,4 milyard avroya düşüb.
Volkswagen Maliyyə İşləri Direktoru Arno Antlitz, mövzu ilə əlaqədar etdiyi qiymətləndirmədə, Volkswagen Qrupunun sürətlə dəyişən dünyada müvəffəqiyyətli ola bilməsi üçün rəqabət qabiliyyətli bir xərc strukturu təmin etməsi lazım olduğunu ifadə edərək, "Qlobal iqtisadi şərtlər hazırda çox qeyri-müəyyən olduğu üçün nəzarətimiz altında olan rıçaqlara diqqət yetirmək daha da vacib hala gəlir" deyib.

Məryəm

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:358
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 30 Aprel 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri