“Volkswagen” yeni elektrikli sedanını TƏQDİM ETDİ
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniyanın avtomobil nəhəngi “Volkswagen”in Çindəki birgə müəssisəsi olan “FAW-Volkswagen” brendin “Passat” modelinə yaxın qabaritləri ilə diqqətçəkən yeni tam elektrikli sedanı “ID. Aura L5”in rəsmi sertifikatlaşdırma prosesini tamamlayıb.
Avtosfer.az xəbər verir ki, Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin bazasında yer alan məlumatlar avtomobilin həm eksteryer dizaynını, həm də texniki xüsusiyyətlərini açıqlayıb.
Əvvəlki il nümayiş etdirilən konsept versiyanın dizayn xətlərini böyük ölçüdə qoruyub saxlayan yeni model çərçivəsiz qapıları və hamar gövdə quruluşu ilə modern görünüş təqdim edir. Ümumi uzunluğu 4 883 millimetr, təkər bazası isə 2 820 millimetr təşkil edən elektrokar ölçülərinə görə “Passat” və elektrikli “ID.7” modelleri ilə oxşar seqmentdə yer alır.
Üstəlik, 70 dərəcəlik geniş bucaq altında açılan liftback baqaj qapağı yük bölməsindən istifadəni son dərəcə rahatlaşdırır. İstehsalçı tərəfindən avtomobilin maksimum sürəti saatda 175 kilometr olaraq təyin edilib.
Çin bazarı üçün xüsusi olaraq işlənib hazırlanmış “CMP” (Compact Main Platform) modulyar platforması üzərində inşa edilən “ID. Aura L5” geniş mühərrik seçimləri ilə gəlir. Avtomobil 211 at gücü (155 кVt) hasil edən arxa çəkilişli tək mühərrikli və ya iki elektrik mühərrikli tam ötürməli (4x4) modifikasiyalarda təklif olunacaq.
Həmçinin, modellərin “CATL” istehsalı olan yüksəktutumlu batareya blokları ilə təchiz olunacağı gözlənilir. Avtomobilin zəngin opsiyalar siyahısına “LiDAR” sensoru, panoramik şüşə tavan və qanadlarda yerləşdirilmiş xüsusi kameralar daxildir.
Qeyd edək ki, “Volkswagen”in elektrikli avtomobil ailəsinin ən əlçatan üzvü kimi mövqeləndirilən yeni sedan xüsusilə uşaqlı gənc ailələri əsas alıcı auditoriyası kimi hədəfləyir. Altı fərqli gövdə rəngi seçimi ilə hazırlanan nəfis “ID. Aura L5” modelinin çox yaxın vaxtda rəsmi satışına başlanılması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 20 Oktyabr 2026 23:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















