Icma.az
close
up
RU
“Volkswagen”lə “Porsche” toqquşdu Qaz borusunda yanğın oldu

“Volkswagen”lə “Porsche” toqquşdu Qaz borusunda yanğın oldu

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, B.Çobanzadə küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və nəticədə yanğının yaranması barədə məlumat daxil olub.
Bakupost.az FHN mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar yanğınsöndürənlər dərhal əraziyə yollanıb.
“Məlum olub ki, “Volkswagen” və “Porsche” markalı avtomobillərin toqquşaraq yol kənarından keçən qaz boru kəmərini zədələyib. Nəticədə kəmərdə yanğın baş verib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb”, – məlumatda deyilir.
Avtomobillər və ətraf ərazilər yanğından mühafizə olunub.
***
01:18
Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın məlumatına görə, qəza Bəkir Çobanzadə küçəsində baş verib.
“Volkswagen” və “Porsche” markalı avtomobillər toqquşub, nəticədə nəqliyyat vasitələrindən biri qaz borusuna çırpılaraq aşıb. Hər iki avtomobil alışıb.
“Porsche”nin ayıq sürücü tərəfindən idarə edildiyi bildirilir.
Hadisə zamanı ümumilikdə 3 nəfər yaralanıb. Onlardan ikisinə hadisə yerində tibbi yardım göstərilib. Çanaq sümüyü sınan “Porsche”nin sürücüsü xəstəxanaya yerləşdirilib.
“Porsche” markalı avtomobilin sahibi bildirib ki, içkili olduğu üçün avtomobili ayıq sürücüyə həvalə edib. Lakin ayıq sürücünün nəqliyyat vasitəsini yüksək sürətlə idarə etdiyi və əks istiqamətə çıxaraq hərəkət etdiyi bildirilir.
Məhz bu zaman əks yöndən dönmə əməliyyatı edən digər avtomobillə toqquşma baş verib. Zərbənin təsirindən “Porsche” yol kənarındakı qaz borusuna çırpılıb. Qaz borusunda yaranan alışma nəticəsində yanğın baş qaldırıb və alov hər iki avtomobilə keçib.
Milli Məclisdən vitse-spikerə açıqlaması – “Bu, partiyadaxili məsələlərdir”
Xəbər verdiyimiz kimi, Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat Rafael Hüseynov parlamentdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsdiyi üçün VHP vitse-spikerə töhmət verib.
Maraqlıdır, məsələ ilə bağlı Milli Məclisin İntizam Komissiyası hansı tədbir görəcək?
Parlamentin İntizam Komissiyasının sədr müavini Asim Mollazadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Komissiya bununla bağlı heç bir addım atmağı planlaşdırmır: “Bu, partiyadaxili məsələlərdir, Milli Məclisdəki fəaliyyətə aidiyyəti yoxdur. İntizam Komissiyası təbii ki, heç bir addım atmayacaq”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 12 Dekabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri