Volodimir Zelenski: Daha bir qrup hərbçimiz Rusiya əsirliyindən vətənə qayıtdı
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kiyev, 19 iyun, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski daha bir qrup ukraynalı hərbçinin vətənə qayıtdığını bildirib. Prezidentin sözlərinə görə, onların əksəriyyəti 2022-ci ildən bəri əsirlikdə idi.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı "Telegram" hesabında məlumat verib.
“Vətəndaşlarımız Rusiya əsirliyindən evə qayıdır. Onlar Silahlı Qüvvələrin, Milli Qvardiyanın, Dövlət Sərhəd Xidmətinin hərbçiləridir. Əksəriyyəti 2022-ci ildən bəri əsirlikdə idi. Onlar Donetsk, Luqansk, Xarkov, Sumı, Çerniqov, Kiyev vilayətləri və Zaporojyedə vuruşan Ukrayna müdafiəçiləridir. Vətəndaşlarımızın geri qaytarılması üzərində işləyirik. Bu mübadilələrin mümkün olması üçün çalışan hər kəsə təşəkkür edirəm. Məqsədimiz hər bir vətəndaşımızı azad etməkdir”, – deyə Zelenski bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 19 İyun 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















