Volodindən Ermənistana xəbərdarlıq: “Ukraynada da hər şey belə başlamışdı”
Icma.az, Bizim media saytına istinadən bildirir.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistanda baş verənləri Ukraynadakı Avromaydan hadisələri ilə müqayisə edib.
Bizim.Media xəbər verir ki, Volodin bu barədə sosial şəbəkə hesabında yazıb.
O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana dəvət edilməsini Rusiyaya, Rusiya vətəndaşlarına və erməni xalqına qarşı “dostyana addım” hesab etmədiyini bildirib.
Volodinin sözlərinə görə, burada söhbət hansısa dövlətin suverenliyinə müdaxilədən deyil, “mənəviyyat və dürüstlükdən” gedir.
Duma sədri qeyd edib ki, Rusiyanın erməni xalqı ilə “ən yaxın və yaxşı münasibəti” var.
O əlavə edib ki, Rusiyada yaşayan ermənilər digər millətlərin nümayəndələri ilə bərabər hüquqlara malikdir, müxtəlif vəzifələr tutur və deputat seçilirlər.
“İstər-istəməz paralel yaranır: Ukraynada da hər şey məhz belə başlamışdı. Bu, Ermənistanın adi vətəndaşlarına lazımdırmı?” - deyə Volodin bildirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 12 May 2026 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















