Volqoqrada PUA hücumu nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın Volqoqrad vilayətində pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov məlumat verib.
Onun sözlərinə görə, Voljski şəhərində yerləşən sintetik lif zavoduna hücum nəticəsində 60 yaşlı kişi həlak olub. Ağır yaralanan 55 yaşlı qadın xəstəxanaya yerləşdirilib.
Bundan əlavə, pilotsuz uçuş aparatının Volqoqrad şəhərinin Verşinin küçəsində yerləşən yaşayış binasına düşməsi nəticəsində daha bir nəfər xəsarət alıb.
Qubernator bildirib ki, PUA qalıqlarının düşməsi nəticəsində Voljski şəhərindəki kimya müəssisəsində, Volqoqradın cənubunda yerləşən yanacaq-enerji kompleksi obyektlərində və digər ərazilərdə lokal yanğınlar baş verib.
Məlumata görə, bütün yanğınlar söndürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 29 May 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















