Von der Leyen: Aİ Ukraynanın Birliyə qoşulması prosesini sürətləndirəcək
Icma.az bildirir, Bizimyol portalına istinadən.
Bizimyol.info xəbər verir ki, AK mətbuat xidmətinin verdiyi məlumata görə, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Münhen Təhlükəsizlik Konfransında “Avropa İttifaqı dünyada” adlı çıxışı ilə deyib.
“Biz Ukraynanın Aİ-yə daxil olması prosesini sürətləndirmək üçün işimizi gücləndiririk. Biz artıq mühüm irəliləyiş əldə etmişik. Amma indi Avropa İttifaqının dağları yerindən tərpətmək vaxtıdır. Milli büdcələrin xərcləmə qabiliyyətini artırmaq, ümumi Avropa layihələri üçün maliyyəyə malik olmaq və Ukraynanın qoşulması prosesini sürətləndirmək: yeni Avropanın məqsədləri bunlar olmalıdır”, - deyə o qeyd edib.
Ukraynadakı münaqişədən danışan AK rəhbəri bildirib ki, Avropa İttifaqı sülhə güc yolu ilə nail olmaq istəyir. "Ukraynaya güc yolu ilə sülh lazımdır. Avropa güc yolu ilə sülh istəyir", - deyə o əlavə edib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 14 Fevral 2025 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















