Vosmoy bazarın küçəsində parklanma yerləri təşkil edilib FOTO
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Bakı şəhəri Nizami rayonunda yerləşən "8-ci km bazarı"nın ("Vosmoy bazar") bir hissəsinin yerləşdiyi keçədə qanunsuz parklanmaya qarşı tədbirlər görülüb.
Modern.az-ın məlumatına görə, bazarın bir hissəsinin yerləşdiyi Cəmşid Naxçıvanksi küçəsində ödənişli parkalanma yerləri təşkil edilib.
Qeyd edək ki, əvvəllər sözügedən ərazidə qanunsuz parklanma yerləri yaradılmışdı. Qanunsuz parklanma yerlərini təşkil edən şəxslər ("parkovşik") bazara gələn vətəndaşlardan ödəniş tələb edirdi.
Ərazidə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən müvafiq nişanlar yerləşdirilib.
Hazırda vətəndaşlar avtomobillərini həmin ərazidə yaradılan ödənişli parklanma yerlərində saxlayır. Burada "parkinq"in bir saatı üçün 30 qəpik ödəniş nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 16 Dekabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















