Icma.az
close
up
RU
“Votergeyt” otelində məxfi görüş: Mənsimov Ərdoğanla bağlı nə edib? Sensasion iddialar

“Votergeyt” otelində məxfi görüş: Mənsimov Ərdoğanla bağlı nə edib? Sensasion iddialar

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə-Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və bunda ABŞ Prezidenti Donald Trampın oynadığı rol regionda sabitliyi istəməyən qüvvələri hərəkətə keçirib.

Globalinfo.az xəbər verir ki, Obri Belford və Adam Klassfeld adlı amerikalı müəlliflər “Trampın Türkiyə sevgisinin səbəbi” məzmunlu məqalə dərc ediblər.

Məqalədə iddia edilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tramp administrasiyasına qeyri-adi dərəcədə güclü təsirə malikdir:

“Bunun arxasında oliqarxlar və milyonlarla dollarlıq sövdələşmələr dayanır. 2017-ci il yanvarın 19-da Trampın inauqurasiyasından bir gün əvvəl Vaşinqtondakı “Votergeyt” otelində gizli görüş keçirilib. Görüşdə dörd əsas şəxs iştirak edib:

— Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu;

— Lobbiçi və Trampın inauqurasiya komitəsinin sədr müavini Brayan Ballard;

— Ukraynada doğulmuş və Trampa dəstək təşəbbüslərinin əsas donorlarından olan, görüşü təşkil edən Lev Parnas;

— Türk-azərbaycanlı dəniz daşımaları maqnatı Mübariz Mənsimov.

Parnasın sözlərinə görə, Mənsimov Türkiyə prezidentinin ailəsinə 25 milyon dollar dəyərində neft tankeri hədiyyə edib və şəxsi təyyarəsindən Ərdoğanın istifadə etməsinə imkan yaradıb”.

Müəlliflər yazır ki, görüşdə “Türkiyənin və onun lideri Ərdoğanın xeyrinə ABŞ-da lobbiçilik üçün milyonlarla dollarlıq iki müqavilə” müzakirə olunub:

“Ərdoğan–Tramp xəttinin əsas vasitəçiləri keçmiş sovet respublikaları ilə bağlı iş adamları və oliqarxlardır.

Ballardın lobbiçilik müqavilələri Parnasın, Mənsimovun və ABŞ Xəzinə Departamenti tərəfindən Putinlə yaxınlığı səbəbindən “rus oliqarxı” kimi tanınan Fərhad Əhmədovun dəstəyi ilə əldə olunub.

Trampın inauqurasiyasından iki gün sonra azərbaycanlı oliqarx Fərhad Əhmədov dünyanın ən böyük yaxtalarından olan 117 metrlik “Luna” ilə Mayamiyə gəlib. Əhmədov həm Türkiyə–Rusiya münasibətlərində, həm də ABŞ–Türkiyə arasında vasitəçilik edib”.

Müəlliflər eyhamla bildirir ki, məhz azərbaycanlı milyarderlərin vasitəçiliyi nəticəsində Türkiyə və Prezident Ərdoğanın Trampa təsiri xeyli artıb:

“Bundan sonra Tramp Ərdoğanı “ən yaxın beynəlxalq dostlarından biri” adlandırıb.

Trampın Suriyanın şimalına Türkiyənin hərbi müdaxiləsinə Ərdoğanın bir telefon zəngindən dərhal sonra razılıq verməsi də bu münasibətlərin nəticələrindən biridir”.

Amerikalı müəlliflərin sözügedən məqaləsini şərh edən erməni yazıçı Harut Sassunyan qeyd edib ki, ermənilərin bənzər lobbiçilik gücündən istifadə edə bilməməsi təəssüf doğurur:

“Paşinyan vaxtını Katolikos və Ermənistan Apostol Kilsəsi ilə çəkişmələrə sərf edir. Bunun əvəzinə, Ərdoğanın Türkiyə üçün etdiklərinin, heç olmasa, kiçik bir hissəsini Ermənistan üçün edə bilərmi?”

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see250

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see238

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see220

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see201

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see172

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see156

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see156

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see155

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see148

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see144

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see143

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see143

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see138

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see138

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see137

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri