VPN istifadəsinə görə cərimə Rusiya Dumasından daha bir əcaib qanun
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyada senzura məqəsədilə görülən tədbirlərin sırası durmadan artır. “AzPolitika” xəbər verir ki, Rusiya Federasiyası Dövlət Dumasının deputatları “ekstremist materialların axtarışına və onlara çıxış əldə etməyə”, o cümlədən VPN xidmətlərindən istifadəyə görə inzibati məsuliyyət nəzərdə tutan qanunu sonuncu oxunuşda qəbul ediblər.
Dəyişiklikləri 306 deputat dəstəkləyib, 67 deputat əleyhinə səs verib, 22 deputat bitərəf qalıb.
"Ekstremist materialların qəsdən axtarışı"na görə üç mindən beş min rubla qədər cərimə təklif olunur. “VPN xidmətlərindən istifadə prosedurunu pozmağa” görə də cərimələr tətbiq edilir. Vətəndaşlar VPN xidmətinin reklamlarının yayılmasına görə 50-80 min rubl, vəzifəli şəxslər 80-150 min rubl, hüquqi şəxslər 200-500 min rubl cərimə ilə üzləşəcəklər.
Rusiyalı deputatlar həmçinin “VPN xidmətlərindən istifadə etməklə cinayət törətməyi” ağırlaşdırıcı hal kimi tanıyan düzəliş qəbul ediblər.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 22 İyul 2025 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















