VTB (Azərbaycan) mikrobiznes kreditlər üzrə komissiyanı ləğv etdi
Icma.az, Banco.az portalına istinadən məlumat verir.
Mikro biznes şirkətləri VTB (Azərbaycan)-dan komissiyasız 50 min manatadək kredit üçün müraciət edə bilərlər. Maliyyələşdirmə illik 18%-dən başlayır, müddəti isə 36 aya qədərdi. Krediti girovsuz və zaminsiz almaq mümkündür.
«Mikrobiznes ölkəmizin iqtisadiyyatında və əhalinin rifahında mühüm rol oynayır. Bu şirkətlər bazar dəyişikliklərinə tez reaksiya verir, innovasiyalar təqdim edir və sağlam rəqabəti təmin edir ki, bu da xidmətlər sektorunun keyfiyyətinin yüksəlməsinə səbəb olur. 2024-cü ildə VTB (Azərbaycan)-ın aktiv mikrobiznes müştərilərinin sayı və təsdiq olunan kreditlərin həcmi 82% artırıb. Buna görə də biz məhsullarımızı bu seqmentdəki müştərilərin ehtiyaclarına uyğunlaşdırırıq. Vaxt itirmədən biznes məqsədlərinizə çatmaq üçün, VTB (Azərbaycan)-ı seçin, işinizi böyüdün», - bankın idarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru Tural Hüseynov bildirib.
Mikrokrediti VTB (Azərbaycan)-ın istənilən filialından əldə etmək mümkündür. Həmçinin SİMA İmza rəqəmsal imzadan istifadə etməklə məsafədən də xidmətdən yararlanmaq olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 06 Fevral 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















