Icma.az
close
up
RU
VTB Rusiyada tibbi turizmin inkişafına dair layihəyə start verir

VTB Rusiyada tibbi turizmin inkişafına dair layihəyə start verir

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

VTB MDB və digər dövlətlərdən Rusiyada müalicə olunması üçün yeni layihəyə start verib. Layihənin həyata keçirilməsini "VTB Səhiyyə" təşkil edəcək və pasiyentlərə tibbi xidmətlərin tam dövrünü əhatə edən kompleks dəstək göstərəcək: həkim və klinikaların seçilməsindən tutmuş nəqliyyat və yaşayış məsələlərinin həllinə qədər. Bankın qiymətləndirməsinə görə, bu layihənin potensial auditoriyası hər il ən azı 1 milyon nəfər təşkil edə bilər.

"VTB Səhiyyə" klinika seçimi, qiymət hesablaması, qəbul üçün qeydiyyat, sənədlərin tərcüməsi, sığorta və klinikada pasiyentin müşayiət olunması daxil olmaqla, geniş spektrli xidmətlər təklif edəcək.

İyunun sonunadək pilot layihəyə ilk partnyor klinikalar - həm özəl şəbəkələr, həm də ödənişli əsaslarla fəaliyyət göstərən dövlət müəssisələri - qoşulacaq. Tibbi müəssisənin seçilməsi üçün ilkin müraciətləri "VTB Səhiyyə"nin rəsmi saytı və Rusiya Səhiyyə Nazirliyinin dəstəyi ilə yaradılmış Russiamedtravel.ru informasiya portalı vasitəsilə etmək mümkün olacaq.

VTB-nin prezidentinin müavini - idarə heyəti sədrinin birinci müavini Georgi Qorşkov bildirib:

"Rusiya həkimləri uzun illərdir ki, dünya miqyasında tanınmış mütəxəssislərdir və buna görə də xaricdən gələn pasiyentlərin sayı artmaqdadır. Tibbi turizm iqtisadiyyatın mühüm sahəsidir və biz bu sahəni fəal şəkildə dəstəkləməyə hazırıq. Məhz buna görə də yeni şirkət - "VTB Səhiyyə"ni yaratmışıq. Biz ölkənin bütün regionlarında fəaliyyət göstəririk, sosial müdafiə sahəsində geniş partnyor şəbəkəmiz var, eyni zamanda beynəlxalq ödənişlərin həyata keçirilməsini öz üzərimizə götürürük ki, bu da bu gün xarici vətəndaşlar üçün əsas maneələrdən biridir. Əminəm ki, bu layihə Rusiyada tibbi turizmin əsas drayverinə çevriləcək."
"Biz MDB ölkələrində apardığımız tədqiqatlar nəticəsində müəyyən etdik ki, insanların yüksək keyfiyyətli və operativ tibbi xidmətlərə böyük ehtiyacı var, lakin yerli səhiyyə bu tələbatı tam ödəyə bilmir.

MDB vətəndaşlarının 90%-i Rusiyanın tibbinə etibar etdiyini bildirib. Məhz bu səbəbdən Qazaxıstan, Özbəkistan, Tacikistan, Belarus, Azərbaycan və digər ölkələrin vətəndaşlarına müraciət anından müalicə nəticəsinin əldə edilməsinə qədər tam dəstək təklif edirik," - deyə "VTB Səhiyyə"nin baş direktoru Sergey Neçayev bildirib.

Hər il 1 milyondan çox MDB vətəndaşı Rusiyada tibbi yardım alır. Analitik şirkət IQVIA-nın məlumatına görə, bu rəqəmin təxminən 130 min nəfəri sırf tibbi turizm məqsədilə Rusiyaya gələn pasiyentlərdir və onların orta xərci (əmək miqrantları nəzərə almadan) təxminən 630 ABŞ dolları təşkil edir. "VTB Səhiyyə"nin qiymətləndirməsinə əsasən, 2030-cu ilə qədər MDB ölkələrindən Rusiyaya tibbi turizm bazarının həcmi pasiyentlərin sayına görə iki dəfə, əsas sahələr üzrə isə (neyrocərrahiyyə, oftalmologiya, ümumi cərrahiyyə, travmatologiya və ortopediya, kardiologiya və damar cərrahiyyəsi) pul ifadəsində 3 dəfədən çox arta bilər.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 May 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri