Vuçiç Serbiyada baş nazirliyə namizəd olacaq KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Serbiyanın hakim Serb Tərəqqi Partiyası (SNS) prezident Aleksandr Vuçiçi ölkənin baş naziri vəzifəsinə namizəd göstərib.
KONKRET.az xəbər verir ki, qərar sentyabrın 5-də partiyanın Niş şəhərində keçirilən rəhbərlik iclasında yekdilliklə qəbul olunub.
Vuçiç qarşıdakı parlament seçkilərində SNS-in “Aleksandr Vuçiç – Birləşmiş Serbiya” adlı seçki siyahısında ilk sırada yer alacaq.
Partiyanın sədri Miloş Vuçeviç bildirib ki, SNS artıq parlament seçkilərində iştirak üçün imza toplamağa hazırlaşır.
Vuçiç isə namizədliyinin irəli sürülməsini “böyük şərəf” adlandırıb. Onun sözlərinə görə, partiyanın seçki siyahısına tanınmış alimlər, gənclər və tələbələr də daxil ediləcək.
Serbiya prezidenti gələcək hökumətin “çevik və effektiv” olmalı və baş nazir də daxil olmaqla 13 nəfərdən – baş nazir və 12 nazirdən ibarət qurulacağını bildirib.
Daha əvvəl Vuçiç növbədənkənar parlament seçkilərinin 18 və ya 25 oktyabr 2026-cı ildə keçirilə biləcəyini açıqlamışdı. Seçkilərin dəqiq tarixinin yaxın vaxtlarda elan ediləcəyi bildirilir.
Vuçiç daha əvvəl parlament seçkilərinin elan olunmasından sonra prezident vəzifəsindən ayrılmaq niyyətində olduğunu da açıqlayıb.
Günay Əli
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 05 Sentyabr 2026 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















