Vuçiç uduzdu: Ölkəmizdə daha tiranlar yoxdur!
Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sabiq Prezidentin koalisiyası Serbiya seçkilərində məğlub olub
Serbiyada “Tələbə Siyahısı”nın parlament seçkilərində keçmiş Prezident Aleksandar Vuçiçin “Birləşmiş Serbiya” koalisiyası üzərində qələbəsindən sonra kütləvi şənliklər başlayıb.
AYNA.AZ “Reuters” agentliyinə istinadən bildirir ki, minlərlə insan Belqradın əsas küçələrini doldurub. Onlar rəqs edir, "Qələbə!" və "Bəsdir!" şüarları səsləndirir və atəşfəşanlıq təşkil edirlər. Küçələrdə maşın siqnalları ucalır.
“Nova.rs”in məlumatına görə, Serbiyadakı “Tələbə Siyahısı”nın qərargahı da qələbəni musiqi və şüarlarla qeyd etməyə başlayıb.
“Tələbə Siyahısı”nın lideri İlija Srdanoviç çıxışına "Qələbə! Gəlin, gəlin!" sözləri ilə başlayıb. Srdanoviç səhnədən elan edib: "Ölkəmizdə daha tiranlar yoxdur!".
Səsvermənin rəsmi nəticələri hələ açıqlanmayıb. Lakin Aleksandr Vuçiç dünən axşam bildirib ki, onun koalisiyası təxminən 105 mandat qazanıb, “Tələbə Siyahısı”ndan olan rəqibləri isə 135-140 mandata sahib olub.
“Ipsos/CeSID”ə görə, “Tələbə Siyahısı” səslərin 52%-i (138 mandat) ilə liderlik edir. Aleksandar Vuçiçin bloku isə 39,3% (104 mandat) ilə geridə qalır. Seçki fəallığı təxminən 70% təşkil edib ki, bu da 1992-ci ildə Yuqoslaviyanın dağılmasından bəri ən yüksək göstəricidir.
Qeyd edək ki, Serbiyada 25 oktyabrda növbədənkənar parlament seçkiləri keçirilib. Sentyabrın sonunda istefa verən keçmiş Prezident Aleksandar Vuçiç uğur qazanacağı təqdirdə hökumətə rəhbərlik etməyə ümid edirdi. “Tələbə Siyahısı” bir aydan bir az əvvəl siyasi təşkilat kimi qeydiyyata alınsa da, 2024-cü ildə ölkəni bürüyən etiraz dalğası zamanı formalaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 26 Oktyabr 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















