Vuçiçin hakimiyyətdən gedişini belə qeyd edirlər Fotolar
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, dünən Serbiyada keçirilmiş parlament seçkilərində ölkənin sabiq Prezidenti Aleksandr Vuçiçin lideri olduğu “Birləşmiş Serbiya” koalisiyası məğlub olub.
“Qafqazinfo”nun məlumatına görə, Vuçiçin 12 illik hakimiyyətinin sona çatdığı elan edilən kimi paytaxt Belqradda və ölkənin digər şəhərlərində bayram şənlikləri keçirilib.
İnsanlar fişənglər atıb, məşəllər yandırıb, küçələrdə və şəhərlərin mərkəzi meydanlarında rəqs ediblər. Seçkilərin qalibi olan “Tələbə Siyahısı - Tələbələr Qalib Gəlir” hərəkatının tərəfdarları da vətəndaşlara qoşulublar.
Xatırladaq ki, oktyabrın 25-də Serbiyada Milli Assambleyaya (Xalq Skupşinası) növbədənkənar parlament seçkiləri keçirilib. Protokolların 95-nin emal edilməsindən sonra səslərin 52,27%-ni “Tələbə Siyahısı - Tələbələr Qalib Gəlir” hərəkatının, 39,48%-ni isə Vuçiçin “Birləşmiş Serbiya” koalisiyasının topladığı bildirilir. Vuçiç özü də parlament seçkilərində məğlubiyyətini etiraf edib.















Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 26 Oktyabr 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















