Vugar Gashimov Open turnirinin nəticəsi necə olacaq?
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün şahmat üzrə "Vugar Gashimov Open" açıq turnirin qalibi müəyyənləşəcək.
İdman.biz xəbər verir ki, Əhməd Əhmədzadə son tur öncəsi 7,5 xalla liderdir.
Finişdə ona yalnız yarım xal geridəki Murad İbrahimli ilə heç-heçə oynamaq kifayətdir ki, birinci yeri təmin etsin.
İsrail təmsilçisi Yevgeni Alekseyev, həmçinin digər şahmatçılarımız Şiroğlan Talıbov, Tunar Davudov və Təbriz İdrisovun hərəyə 6,5 xalı var.
Qeyd edək ki, "Vugar Gashimov Open" turniri Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə ilk dəfə həyata keçirilən “Chess Tour Azerbaijan” layihəsinə daxil edilib.
İdman.biz

Əhməd Əhmədzadə Vugar Gashimov Open turnirinin lideri
30 İyul 2025 18:34
“Vugar Gashimov Open 2025”də iki lider
29 İyul 2025 10:27
“Vugar Gashimov Open 2025” beynəlxalq şahmat turniri keçirilir
28 İyul 2025 01:19
Vugar Gashimov Open 2025 beynəlxalq şahmat turnirinə yekun vurulub FOTOLAR
03 Avqust 2025 14:30
Shamakhi Open turnirinin qalibi müəyyənləşib
03 İyul 2025 17:10

