Vüqar Behbudov 41 min manatlıq dibçək bitkiləri, dekorativ kollar, peyin və.s alacaq
Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sosial Xidmətlər Agentliyi çiçəkçilik və ağac əkimi məhsullarının satınalınması üçün “EKO FERMA AZƏRBAYCAN” MMC ilə müqavilə bağlayacaq.
Hurriyyer.az xəbər verir ki, satınalma üzrə ümumi məbləğ 41.447 AZN təşkil edir.
Müqaviləyə əsasən müxtəlif növ dibçək bitkilərinə xidmət göstəriləcək, ağac gövdələrinin ağardılması üçün sönmüş əhəng, dekorativ kollar (evonimus), gübrə, qarışıq meyvə ağacları, təbii örtüklü qazon rol, qazon toxumu, peyin, şam ağacı, həyət üçün oturacaq və skamya, həmçinin limonnik şam ağacı, qızılgül tingi və Vaşinqton palması ağacı çatdırılmaqla təmin ediləcək.
Qalib şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Rüfət Masimov Ramazan oğludur.
Xatırladaq ki, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 12 Sentyabr 2025 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















