Vüqar Bəybalayevlə Cavid Hüseynov arasında nə baş verib?
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son günlər “Səbail”dən ayrılanlar sırasında Vüqar Bəybalayevin də adını gördük. 2023-cü ilin sonundan “dənizçilər”in məşqçi-seleksiyaçısı kimi çalışan 31 yaşlı mütəxəssisin Cavid Hüseynovun tələbi ilə yola salındığı iddia olunur.
Görəsən, Bəybalayev hansı səbəbdən işdən ayrılıb?
Vüqar bəyin mövqeyini öyrənməyi lazım bildik. Onun “Football-plus.az”a söylədikləri belə oldu:
“Öncə onu qeyd edim ki,klubdan uzaqlaşdırılmağımla bağlı gəzən söz-söhbət doğru deyil. Klubda seleksiyaçı-məşqçi kimi fəaliyyət göstərmişəm və hazırda da fəaliyyətimi davam etdirirəm. Əvvəl Elvin Məmmədovla birlikdə U-19 komandamızda məşqçi kimi fəaliyyət göstərirdik. Cavid Hüseynov əsas komandanın baş məşqçisi təyin olunandan sonra biz də əsas komandada köməkçi kimi fəaliyyətə başladıq. Hər iki komandada paralel çalışırdıq. Lakin qış fasiləsində vaxt məhdudiyyətini, bir neçə istiqamətdə çalışmağın fiziki cəhətdən çətin olduğunu nəzərə alıb ortaq qərara gəldik. Yəni mən U-19 komandasında, Elvin Məmmədov isə yalnız əsas komandada işləsin”.
RÖYANƏ OĞUZ
Baxış sayı:54
Bu xəbər 05 Yanvar 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















