Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün meyxanaçı Vüqar Biləcərinin vəfatından 6 il ötür.

Milli.Az lent.az-a istinadən onun haqqında məlumatları təqdim edir.

Vüqar Biləcəri kimdir?

- Vüqar Biləcəri məşhur meyxanaçı və şairdir. 

O nə zaman dünyaya gəlib?

- Vüqar Paşayev (Biləcəri) 24 avqust 1988-ci ildə Bakıda doğulub.

Onun təhsil həyatı necə keçib?

- O, 1993-cü ildə 199 saylı məktəbə daxil olub və buranı bitirib. Daha sonra Mədəniyyət və İncəsənət Universitetində musiqi təhsili alıb. 

Vüqar Paşayev meyxanaya nə zaman başlayıb?

- O, 2004-cü ildə, 16 yaşında olarkən "De, gəlsin" meyxana yarışmasına qatılır. Aydın Xırdalanlı, Namiq Qaraçuxurlu və Mehman Əhmədlinin münsif olduğu yarışmada finala qədər gəlib çıxır. Finalda adaşı Vüqar Şiriyevə uduzur. 

O, hansı janr və vəzndəki şeirləri ilə məşhurlaşıb?

- Vüqar Biləcəri əruz vəznindəki şeir və qəzəlləri ilə tanınıb, sevilib.

Onun qəzəllərinin əsas mövzusu nə olub?

- Bir sıra şeir və qəzəllərində qarşılıqsız sevgi, ayrılıq və həsrət motivləri, həmçinin Allaha inam mötivləri üstünlük təşkil edib.

Şairə əruz vəznini sevdirən kim olub?

- Vüqar 12-13 yaşından Məhəmməd Füzulinin yaradıcılığı ilə maraqlanmağa, onu öyrənməyə başlayıb. Hətta namaz qılmaq üçün məscidə gedəndə özü ilə Quran əvəzinə, Füzulinin qəzəllər toplusunu aparıb. Yaxınlarının danışdıqlarına görə, dəfələrlə Füzulinin kitablarını oxuduğu yerdə kitabın üzərinə başını qoyaraq yuxuya gedirmiş.

Vüqar Paşayevin "Biləcəri" təxəllüsü götürməsinə səbəb nə idi?

- Vüqarın uşaqlıq və yeniyetməlik illəri Biləcəri ilə bağlı olub. Məhz bu səbəbdən sonralar "Biləcəri" təxəllüsü onun sənətində imzasına çevrilib.

Meyxanadan başqa hansı sahə ilə maraqlanıb?

- Vüqar Paşayevin əsl doğum ili 1987-ci il olub. Gənclik illərində güləşlə maraqlanıb və məşğul olub. Bu səbəbdən sənədlərdə yaşı bir il kiçildilib.

Nə zaman meyxanadan uzaqlaşmaq qərarına gəlib?

- Vüqar istədiyi dəyəri almadığı üçün 2008-2009-cu illərdə meyxanadan uzaqlaşmaq qərarına gəlir. Fərqli üslubu onu toylardan da kənar qoyub və bu amil həvəsdən düşməsinə səbəb olub. Lakin 2010-cu ildə ondan sonuncu dəfə dostu Rəşad Dağlının toyunda iştirak etməsini xahiş edirlər. Vüqarın planına görə, Rəşad Dağlının toyunda son dəfə meyxana deməli və sənətindən uzaqlaşmalı idi. Lakin Elşən Xəzərlə deyişməsindən sonra ona rəğbət artır, daha çox tanınmağa, sevilməyə və məclislərə dəvət almağa başlayır. Beləliklə, Vüqar sənətindən çəkilmək qərarından bir gecə içində daşınır.

Şairin hansı kitabı nəşr edilib?

- Sağlığında xeyli şeir müəllifi olan Vüqarın "Qərib Xəyal" və "14 əsr sonra" kitabları o, dünyasını dəyişdikdən sonra dostları, eləcə də yaxınları tərəfindən çap olunub.

Onun ailə həyatı necə keçib?

- Vüqar Biləcəri heç vaxt ailə həyatı qurmayıb. Bununla belə, onun nakam məhəbbəti olub. Belə ki, ölümündən sonra açıqlama verən Samirə adlı xanım Vüqarla illərdir sevgili olduğunu, lakin 2 uşaqlı boşanmış qadın olduğu üçün onunla evlənmək istəmədiyini deyib. Qadının sözlərinə görə, bu münasibətdən Vüqarın anası Mətanət xanım da xəbərdar olub, hətta onlar küsdükdə cütlüyü barışdırırmış. Vüqarın ömrünün son illərində isə onlar danışmayıblar.

O, ömrünün son illərində hansı sənət dostu ilə düşmən olub?

- Həyatının son illərində ağır xəstəliyə tutulan Vüqar bunun günahını sənət yoldaşlarından birində görürmüş. Buna səbəb əvvəllər spirtli içki içməyən və siqaret çəkməyən Vüqarın həmin dostunun təsiri ilə siqaretə başlaması olur. Hətta məlumatlara görə, dəfələrlə həmin dostuna zəng edərək onu acılayıb və düşdüyü vəziyyətdə sənət yoldaşını təqsirli hesab edib. Bəzi mənbələrdə onun Orxan Lökbatanlı ilə küsülü olduğu yazılsa da, meyxanaçı bunu təkzib edib. Orxanın sözlərinə görə, Vüqarın anası Mətanət xanım iflic olduqdan sonra şair hər şeydən küsüb və nəticədə xəstəlik tapıb.

Şair son günlərini necə keçirib?

- Ölümündən bir-iki gün əvvəl Biləcəri ruhanilərindən Hacı xan Mirzəyə zəng edərək halallıq istəyib. "Mənəm, özünü bədbəxt eləyən şair" deyib, ruhanilərin qarşısında xəcalətli olduğunu söyləyib. Yaxınlarının dediklərinə görə, ölümünü hiss edən şair onlara zəng edərək Həzrəti Əli haqqında şeirlər söyləyərək ağlayırmış.

Vüqar Biləcəri hansı xəstəlikdən müalicə alıb?

- Məlumatlara görə, onun ayağında yaranan yara ağırlaşıb, infeksiya və toxuma çürüməsi ilə gedən qanqrenə çevrilib. Ölümündən əvvəl 20 gündən çox xəstəxanada müalicə alıb, amma orqanizmi xeyli zəiflədiyi üçün vəziyyəti düzəlməyib. 

Vüqar Biləcəri nə zaman dünyasını dəyişib?

- 28 avqust 2020-ci ildə, gecə saatlarında şairin vəziyyəti ağırlaşıb və təcili xəstəxanaya aparılıb. Vüqar Biləcərinin uşaqlıq dostu Hacı Rövşən ölümündən bir neçə dəqiqə əvvəl onun yanında olub. Danışa bilmədiyini və gözlərinin bağlandığını görən Rövşən əlini sinəsinə qoyaraq "Ayətül-kürsü" oxuyub. Vüqar səsi çıxmasa da, ağzını açıb-bağlayaraq ona təşəkkür edib. Bir qədər sonra Rövşən xəstəxananın həyətinə düşüb. Geri qayıdanda isə Vüqarın reanimasiyada olmadığını görüb. Tibb bacısı başı ilə ona Vüqarın ürəyinin dayandığını bildirib. 29 avqust tarixində dünyasını dəyişən şair Hökməli qəbiristanlığında dəfn edilib.

Onun büstü harada yerləşir?

- Ölümündən təxminən bir il sonra Vüqar Biləcərinin Hökməli qəbiristanlığındakı məzarı üzərində büstü ucaldılıb. Qəbirüstü abidəyə şairin öz misraları da həkk olunub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:556
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 Avqust 2026 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see477

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see460

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see440

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see313

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see309

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see301

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see279

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see261

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see255

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see246

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see238

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see231

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see219

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see212

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see210

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see207

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see205

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see199

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see183

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri